Enerji içkiləri gənclərin sağlamlığı üçün təhlükəlidir - XƏBƏRDARLIQ

İsveçin Milli Ərzaq Agentliyi uşaqlar və yeniyetmələr tərəfindən enerji içkilərinin istehlakı ilə bağlı yeni tövsiyələr dərc edib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, agentlik 16 yaşdan kiçik gənclərə kofein qəbulunu gündə 70 milliqramla məhdudlaşdırmağı, altı yaşdan kiçik uşaqlara isə ondan tamamilə imtina etməyi məsləhət görür.
“Bazarda yeniyetmənin təhlükəsiz həddi aşmadan bütün bir şüşəni içə bilməsi üçün kifayət qədər aşağı kofein tərkibli enerji içkisi yoxdur”, - deyə toksikoloqlar qeyd edirlər.
Yeni tövsiyələrə səbəb İsveç gəncləri arasında enerji içkilərinin populyarlığının kəskin artması olub. Ekspertlərin sözlərinə görə, bazardakı içkilərin əksəriyyətində həddindən artıq kofein var, buna görə də yeniyetmələrə gündə yarım şüşədən çox enerji içkisi içmək tövsiyə olunmur.
Agentlik kofeinin əsasən yeniyetmələrin yuxusuna mənfi təsir göstərdiyini, yuxuya getməyi çətinləşdirdiyini və yuxu müddətini azaltdığını vurğulayır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, yuxu ilə davamlı problemlər digər sağlamlıq problemlərinə də səbəb ola bilər.
İndi İsveç hakimiyyət orqanları digər Şimali Avropa ölkələri ilə birlikdə gənclər arasında enerji içkisi istehlakını azaltmaq üçün ən təsirli tədbirləri araşdırır. Mütəxəssislərin sözlərinə görə, təkcə tövsiyələr istehlakı azaltmaq üçün kifayət etməyə bilər, buna görə də hakimiyyət orqanları məsələni birbaşa yeniyetmələrlə müzakirə etməyi və ən təsirli tədbirlər görməyi planlaşdırır.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












