Gələn il pensiyalar nə qədər arta bilər? – Faiz açıqlandı

Azərbaycanda inflyasiya, yaşayış minimumu və gündəlik xərclərin artması fonunda pensiya məbləğinin artırılması məsələsi yenidən gündəmə gəlib.
Bəs mövcud iqtisadi şərait nəzərə alınaraq orta pensiyanın əlavə şəkildə artırılması mümkündürmü?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Konkret.az"a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, hazırkı qanunvericilik çərçivəsində pensiyaların artırılması müəyyən edilmiş qaydalar əsasında həyata keçirilir və inflyasiya göstəricisi indeksləşdirmə zamanı əsas meyar hesab olunmur.

“Pensiyaların artırılması mümkündür, lakin bu, qanunvericilikdə müəyyən olunmuş mexanizm əsasında həyata keçirilir. Hazırda işləyən şəxslərin orta aylıq əməkhaqqında təxminən 6,2 faizlik artım müşahidə olunur. Əgər ilin sonuna qədər bu dinamika qorunarsa, gələn il pensiyalar da təxminən həmin faiz qədər artırılacaq”, – deyə iqtisadçı vurğulayıb.
Xalid Kərimli qeyd edib ki, inflyasiya səviyyəsi və yaşayış minimumundakı dəyişikliklər pensiyaların indeksləşdirilməsi zamanı birbaşa nəzərə alınmır.
“Qanuna görə, pensiyaların artırılması inflyasiya göstəricisinə deyil, əvvəlki ildə muzdlu işləyən şəxslərin orta aylıq əməkhaqqının artım tempinə əsaslanır. Hazırda qüvvədə olan mexanizm budur”, – deyə o, əlavə edib.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












