Gənclər arasında işsizlik: Ali təhsili olanların iş tapa bilməməsinin səbəbləri nələrdir?

Gənclər arasında işsizlik problemi geniş müzakirə olunur. Bir çox gənc ali təhsil alsa da, ixtisasına uyğun iş tapmaqda çətinlik çəkir. Bu vəziyyət həm gənclərin gələcək planlarına, həm də ümumi sosial vəziyyətə təsir göstərir. İstər natamam, istərsə də tam ali təhsilli gənclər əmək bazarında bir sıra problemlərlə üzləşirlər. Bəs görəsəm, gənclərin xüsusən də ali təhsili olanların iş tapa bilməməsinə səbəb nədir?
İnsan resursları üzrə mütəxəssis Vəfa Mehdiyeva Avtosfer.az-a açıqlamasında bildirib ki, son dövrlər gənclərin iş tapmaqda çətinlik çəkməsinin əsas səbəblərindən biri əmək bazarının tələbləri ilə gənclərin bacarıqları arasında uyğunsuzluqdur:

“Bir çox işəgötürən namizədlərdən praktiki təcrübə, rəqəmsal bacarıqlar və xarici dil bilikləri tələb edir ki, bu da yeni məzunlar üçün müəyyən çətinlik yaradır. Xüsusilə hüquq, beynəlxalq münasibətlər, menecment və bəzi sosial elmlər üzrə məzunlar üçün rəqabət daha yüksəkdir və vakansiya imkanları nisbətən məhduddur. Buna baxmayaraq, informasiya texnologiyaları, mühəndislik və rəqəmsal sahələrdə gənclər üçün iş imkanları daha genişdir. Gənclərin iş tapmaqda çətinlik çəkməsinin əsas səbəbləri arasında təcrübə tələbi xüsusi yer tutur. Çoxsaylı işəgötürənlər yeni vakansiyalar üçün minimum 1–3 il iş təcrübəsi tələb edir, lakin yeni məzunların praktik təcrübəsi kifayət qədər olmur. Bununla yanaşı, universitetlərdə əldə olunan biliklər bəzən əmək bazarında tələb olunan praktiki bacarıqlarla tam uyğun gəlmir. İşəgötürənlər rəqəmsal və texnoloji bacarıqlara, analitik düşünmə qabiliyyətinə, ünsiyyət və komanda işinə, həmçinin xarici dil biliklərinə üstünlük verir. Eyni vakansiya üçün çox sayda namizəd müraciət etdiyindən rəqabət yüksək olur və işə qəbul prosesi daha çətinləşir. Bundan başqa, bəzi gənclər əmək bazarında tələbatın az olduğu ixtisasları seçirlər və nəticədə uyğun iş tapmaqda çətinlik yaşayırlar. Peşəkar əlaqələrin zəif olması da iş tapmaq imkanlarını məhdudlaşdıran digər amildir. Çünki bir çox iş imkanları rəsmi elanlardan deyil, əlaqələr və tövsiyələr vasitəsilə əldə olunur”.
Fatimə Dadaşova
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı












