Gənclərdə əllərin uyuşması təhlükəli nəticələrə səbəb ola bilər – ADİL QEYBULLA - FOTO

Səhər yuxudan oyandığınız anda bədəninizdə qəribə bir uyuşma, xüsusilə də əllərinizdə keyimə hiss etmisinizmi?
Avtosfer.az xəbər veriri ki, yumruq sıxmaqda çətinlik, barmaqları hərəkət etdirməkdə ağrı və ya sanki qan dövranı dayanmış kimi hiss, bunlar bir çox insanın diqqət yetirmədən keçdiyi, lakin müxtəlif səbəblərlə əlaqəli ola bilən simptomlardır. Bəzən bu hal sadəcə yuxu zamanı narahat yatmaqla, qan dövranının müvəqqəti zəifləməsi ilə bağlı olur. Amma bəzən də orqanizmdə baş verən daha ciddi proseslərin, problemlərin xəbərçisi sayılır. Bu hal bəzən qısamüddətli də olsa sükan arxasında əyləşən insanlarda da yaranır. Təsəvvür edin ki, yarım saatlıq yolda maşın sürürsüz, amma əlinizi sükandan çəkdiyiniz an uyuşma hiss edirsiz.
Bəs bu kimi halların səbəbləri nələrdir?

Məsələ ilə bağlı tibb üzzrə ekspert Adil Qeybulla saytımıza bildirib ki, bu situasiya yaşlı və gənc insanlarda fərqli səbəblərlə izah oluna bilər:
“Bu, boyun fəqərələrinin osteoxondrozu, çiyin artrozu, müxtəlif sinir degenerativ xəstəlikləri və digər səbəblərlə bağlı ola bilər. Məsələn, aşağı ətraflarda bəzən bu hal şəkərli diabet zamanı hissiyyat pozuntusundan qaynaqlanır. Əllərdə isə daha çox sinir sistemi ilə əlaqəlidir. Bəzi hallarda revmatoid artrit kimi xəstəliklərin ilkin mərhələlərində də bu cür hallar müşahidə oluna bilər”.
Ekspert qeyd edib ki, gənclərdə yaranan bu hal mütləq şəkildə araşdırılmalıdır:
“Yaşlı insanlarda isə səbəblər daha çox ola bilər və onların da hər biri diqqətlə yoxlanmalıdır. Ümumiyyətlə, yuxarı ətraflarda hissiyyat pozuntusu və ya hissiyyatın itməsi müşahidə olunarsa, bu vəziyyət ciddi şəkildə izlənməlidir. Çünki çox vaxt sinir degenerativ xəstəliklər, yəni polineyropatiyalar məhz bu cür simptomlarla başlayır. Buna görə də belə hallar mütləq araşdırılmalıdır”.
Fidan
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












