Gənclərdə qəfil ürək dayanmalarının xəbərçisi açıqlandı

Şüurun itirilməsi, qıcolmalar, sürətli nəbz, ürəkbulanma, qusma və yüksək hərarət ən çox gənclərdə qəfil ürək dayanmasından əvvəl müşahidə olunur.
Avtosfer.az xəbər verir ki, bu, Göteborq Universitetinin (İsveç) alimlərinin gəldiyi nəticədir. Tədqiqatın nəticələri Avropa Kardiologiya Cəmiyyətinin (ESC) konqresində təqdim olunub.
Belə ki, elmi iş İsveçdə 2000-2010-cu illər arasında baş vermiş 900-dən çox qəfil ürək ölümü hadisəsini əhatə edib. Təhlil zamanı həm uşaqlar (bir yaşdan 18 yaşa qədər), həm də böyüklərdən (36 yaşa qədər) məlumatlar nəzərə alınıb.
Alimlər ölüm şəhadətnamələrini, tibbi tarixçələri və yarılma hesabatlarını öyrəniblər ki, bu da onlara təkrarlanan nümunələri müəyyən etməyə imkan verib. Ölənlərin orta yaşı 23 olub və onların 64 faizi kişilər olub.
Xəstələrin təxminən üçdə biri ölməzdən əvvəl bir il yarım ərzində tibbi yardıma müraciət edib. Çox vaxt xəstələr huşunu itirmə, yüksək hərarət, qıcolma, qusma, sürətli ürək döyüntüsü, ürəkbulanmadan şikayətlənib. Tədqiqatçıların fikrincə, belə incə əlamətlərin erkən tanınması həkimlərə gənc xəstələrdə ani ölümün qarşısını vaxtında almağa kömək edə bilər.(baku.ws)
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












