General yüksək vəzifəyə GƏTİRİLİR? - FOTO

Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsinə ştat olaraq təsdiqlənməsi ehtimal edilən şəxsin adı bəlli olub. Avtosfer.az-ın "Bakıvaxtı.az"a istinadən məlumatına görə, bu şəxs general-mayor Azər Heybətlidir. Məlumata görə, o hazırda sözügedən Baş İdarənin rəisi vəzifəsini müvəqqəti icra edir.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-mayor Müşfiq Məmmədov aprel ayında vəzifəsindən azad edilib.
Xatırladaq ki, general-mayor Azər Heybətli Azərbaycan Ordusunun rəhbər heyətində təmsil olunan zabitlərdəndir. O, hərbi xidmətinin müxtəlif mərhələlərində taqım komandiri, bölük komandiri və digər komanda vəzifələrində çalışıb. Azər Heybətli Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarındandır.
Açıq mənbələrdə yer alan məlumatlara görə, o, bir müddət Azərbaycanın Böyük Britaniyadakı hərbi attaşesi kimi fəaliyyət göstərib.

Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












