Hər gedib-gəldikcə böyrək daşım silkələnir - Müğənni üsyan etdi - VİDEO

Müğənni Günel Zeynalova Mərdəkandakı yol probleminə etiraz edib. Avtosfer.az xəbər verir ki, müğənni Mərdəkan qəsəbəsində yerləşən bağ evinə gedən yolun vəziyyətindən narazılığını ifadə edib. Sənətçi sosial şəbəkə hesabında paylaşım edərək yolun yararsız vəziyyətdə olduğunu bildirib və aidiyyəti qurumlara müraciət edib.
G.Zeynalovanın sözlərinə görə, yolda aparılan təmir işlərindən sonra vəziyyət daha da çətinləşib. O, avtomobillə hərəkət zamanı yaranan çətinliklərdən şikayətlənib.
"Bağımın yolunu göstərirəm. Hər gedib-gəldikcə böyrək daşım silkələnir. Xahiş edirəm, Mərdəkan bölgəsindəki bu yolu təmir edin. Təmir zamanı vəziyyət daha da pis olub. Bu, biabırçılıqdır", - deyə müğənni qeyd edib.
Sənətçi problemin tezliklə həll olunmasını istəyib.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI













