Hərbi pilotlarımız təlim-məşq uçuşları icra etdi - VİDEO

Azərbaycan Respublikası müdafiə nazirinin 2026-cı il təsdiq etdiyi tədbirlər planına əsasən, hərbi pilotlarımızla təlim-məşq uçuşları icra edilib.
Avtosfer.az xəbər verir ki, təlimin planına uyğun olaraq, pilotların uçuşların şərtləri və təhlükəsizlik qaydaları barədə nəzəri bilikləri yoxlanılıb, şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb.
Uçuş heyətlərinin sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra hərbi pilotlar Su-25 ML və L-39 hücum təyyarələrinə nəzarət baxışı keçiriblər.
Hərbi pilotlar havaya qalxma və yerə enmə, müxtəlif hündürlüklərdə pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də hava kəşfiyyatının aparılması və digər təlim tapşırıqlarını icra ediblər.
Təlim uçuşlarının keçirilməsində əsas məqsəd şəxsi heyətin praktiki döyüş vərdişlərinin və ölkənin hava məkanında yaranmış yeni təhdidlərə qarşı uçuş bacarıqlarının yüksəldilməsindən ibarətdir.
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT












