Hərbi xidmət 6 ay məcburi, 6 ay ödənişli ola bilərmi? – AÇIQLAMA

Azərbaycanda məcburi hərbi xidmət müddətinin 6 aya endirilməsi, əlavə 6 ayın isə ödənişli əsaslarla təşkil olunması təklifi zaman-zaman ictimai müzakirələrə çıxarılır. Belə bir modelin tətbiqi həm hərbi xidmətə çağırış sisteminə, həm də Silahlı Qüvvələrin şəxsi heyətə olan tələbatına təsir göstərə bilər.
Bəs Azərbaycanda hərbi xidmətin bu formada təşkili mümkündürmü? Hazırda hərbi xidmət müddətinin dəyişdirilməsi ilə bağlı hər hansı müzakirə aparılırmı?
Mövzu ilə bağlı danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, müxtəlif ölkələrdə fərqli müddətli hərbi xidmət modelləri tətbiq olunur.
Ekspertin sözlərinə görə, hərbi xidmət müddətinin müəyyənləşdirilməsi ölkənin Silahlı Qüvvələrinin şəxsi heyətə olan tələbatı, ordunun qarşısında duran vəzifələr və mövcud təhlükəsizlik çağırışları nəzərə alınmaqla həyata keçirilməlidir.
“İstənilən ölkədə müxtəlif müddətli hərbi xidmətə çağırış modeli formalaşdırıla bilər. Lakin bu model ölkənin Silahlı Qüvvələrinin çağırışçı sayına olan tələbatına, ordunun qarşısında duran vəzifələrə və mövcud ola biləcək təhdidlərin aradan qaldırılmasına uyğun gəlməlidir.
Hazırda nə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, nə parlamentin müvafiq komissiyasında, nə də digər güc strukturlarında hərbi xidmət müddətinin dəyişdirilməsi ilə bağlı müzakirələr aparılır”, – deyə Ə.Verdiyev bildirib.
Hərbi ekspert hesab edir ki, Azərbaycanın mövcud regional vəziyyəti nəzərə alınmaqla hərbi xidmət müddətinin qısaldılması məsələsinin müzakirəsi hələ tezdir. Onun fikrincə, regionda davam edən münaqişələr və mövcud təhlükəsizlik çağırışları bu məsələyə daha ehtiyatlı yanaşmağı tələb edir.
“Sağımızda və solumuzda uzun müddət davam edən münaqişələr arasında qalan Azərbaycanın indiki vəziyyətində hərbi xidmət müddətinin qısaldılması məsələsinin müzakirəsini bir qədər erkən hesab edirəm. Bu müzakirələr gələcəkdə mümkün ola bilər. Amma daha əvvəl qeyd etdiyim kimi, ətrafımızda baş verən münaqişələr başa çatandan və regional sülh tam həcmdə təmin olunandan sonra buna bənzər məsələləri müzakirə edə bilərik”, – deyə ekspert vurğulayıb./konkret.az
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












