Həyətdə od qalayanların NƏZƏRİNƏ! - Cəriməsi var

Yay aylarında şəhərətrafı qəsəbələrdə və yaşayış evlərinin sıx yerləşdiyi ərazilərdə qurumuş otların, alaq bitkilərinin, budaq və digər bitki qalıqlarının yandırılması müşahidə olunur. Lakin bir çox hallarda bu tüstü təkcə yandırılan həyətdə qalmır. Qatı qara tüstü ətraf küçələri bürüyür, sakinlərin nəfəs almasını çətinləşdirir. Bəzən tüstünün həcmi o qədər böyük olur ki, uzaqdan baxdıqda ərazidə yaşayış evinin və ya başqa obyektin yandığı təəssüratı yaranır. Üstəlik, yaşayış məntəqələrinin içərisində nəzarətsiz şəkildə od qalamaq yanğının ətraf tikililərə keçməsi riskini də artırır.
Bəs həyətyanı sahələrdə bitki qalıqlarının yandırılması qanunvericilik baxımından nə dərəcədə doğrudur? Belə hallarda vətəndaşları hansı hüquqi məsuliyyət gözləyir?
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Pərviz Hüseynov bildirir ki, İnzibati Xətalar Məcəlləsinin 234.0.5-ci maddəsinə görə, ot və bitki qalıqlarının yandırılması atmosfer havasını çirkləndirdiyi üçün qadağandır:
“Qanunvericilik atmosfer havasının çirkləndirilməsinə görə də inzibati məsuliyyət nəzərdə tutur. Tullantıların və bitki qalıqlarının yandırılması nəticəsində havanın çirklənməsi fiziki şəxslər üçün 300 manatdan 700 manatadək, vəzifəli şəxslər üçün 2500 manatdan 4000 manatadək, hüquqi şəxslər üçün isə 7500 manatdan 10 min manatadək cərimə ilə nəticələnə bilər”.
Hüquqşünasın sözlərinə görə, həyətyanı sahələrdə odla ehtiyatsız davranış yanğın təhlükəsizliyi qaydalarının pozulması hesab oluna bilər. Əgər bu cür hərəkətlər nəticəsində yanğın baş verərsə və ya əmlaka ziyan dəyərsə, məsuliyyət daha da ağırlaşa bilər.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












