İki qiymət, bir məhsul: Kartla ödəniş edənlərin nəzərinə!

Son illər Azərbaycanda nağdsız ödənişlərin təşviqi məqsədilə bank kartlarından istifadə sürətlə artsa da, bəzi ticarət obyektlərində alıcılar hələ də fərqli yanaşma ilə üzləşirlər. Eyni məhsul üçün nağd ödəniş zamanı bir qiymət, kartla ödəniş zamanı isə daha yüksək məbləğin tələb olunması istehlakçılar arasında narazılıq yaradır və bu halın qanuniliyinə dair sualları gündəmə gətirir.
Bəs satıcıların ödəniş üsuluna görə qiyməti dəyişməsi qanunvericiliyə nə dərəcədə uyğundur?

Avtosfer.az-ın məlumatına görə, bu barədə Konkret.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, satış zamanı məhsulun qiyməti ödəniş formasından asılı olaraq dəyişdirilə bilməz.
Ekspertin sözlərinə görə, əgər alıcı məhsulun üzərində göstərilən qiymətə uyğun şəkildə ödənişi dərhal həyata keçirirsə, satıcı həmin malı məhz göstərilən qiymətlə satmağa borcludur:
“Bu, ümumiyyətlə düzgün yanaşma deyil. Qiymət eyni olmalıdır. Yalnız hissə-hissə ödəniş zamanı qiymət fərqlənə bilər. Amma alıcı malın pulunu həmin anda ödəyirsə və üzərində qiymət qeyd olunubsa, məhsulu həmin məbləğə almaq hüququna malikdir”, – deyə o, vurğulayıb.
Əkrəm Həsənov qeyd edib ki, satıcı kartla ödənişə görə əlavə məbləğ tələb edər və ya məhsulu göstərilən qiymətə satmaqdan imtina edərsə, vətəndaş hüquqi qaydada şikayət edə bilər.
“Bu halda alıcı məhkəməyə müraciət etmək, eyni zamanda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə rəsmi şikayət göndərmək hüququna malikdir.
Kart ödənişlərinə görə əlavə komissiyanın alıcının üzərinə qoyulması istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Buna görə də sahibkarlar satış zamanı vahid qiymət prinsipinə əməl etməlidirlər”.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












