İnsanlar qrip və mövsümi xəstəlikləri niyə daha ağır keçirir? - İnfeksionist səbəbləri AÇIQLADI

Son illərdə insanlar arasında sağlamlıqla bağlı müşahidələr və müzakirələr daha da artıb. Xüsusilə mövsümi xəstəliklər və onların əvvəlki illərlə müqayisədə necə keçməsi tez-tez diqqət mərkəzində olur. Bir çox insan əvvəllər daha yüngül keçən xəstəliklərin indi daha ağır hiss edildiyini qeyd edir.
Bu baxımdan, qrip kimi geniş yayılmış infeksiyaların zamanla necə dəyişdiyi və insanların onu necə keçirdiyi maraq doğuran mövzulardan birinə çevrilib.
Mövzu ilə bağlı infeksionist Mərdan Əliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, xəstəliyin necə keçməsi əsasən yoluxduğumuz virusdan asılıdır:

“Bu kəskin respirator virus infeksiyaları bildiyimiz qripə bənzər xəstəliklərdir və yuxarı tənəffüs yollarının kəskin iltihabını törədir. Yəni zökəm əlamətləri ilə müşayiət olunur: burun axması, burun tutulması, öskürək, boğaz ağrısı, bədən hərarətinin yüksəlməsi və s. Bu virusların, daha doğrusu, qripə bənzər xəstəlikləri törədən virusların sayı çoxdur və xəstəliyin gedişi konkret virus növündən asılı olaraq daha yüngül və ya daha ağır ola bilər. Məsələn, rinovirus adətən daha yüngül formada keçdiyi halda, adenovirus və influenza daha ağır gedişə malik ola bilir. Yəni xəstəliyin necə keçməsi əsasən yoluxduğumuz virusdan asılıdır. Amma başqa bir mühüm məsələ də var. Hazırda insanlarda immun sisteminin zəifləməsi müşahidə olunur. Qidalanmanın düzgün olmaması, yuxu rejiminin pozulması, stresin artması kimi amillər immun sistemini zəiflədir. Bu da öz növbəsində xəstəliklərin daha ağır keçməsinə səbəb ola bilər. Əsas amil virusun növüdür. Lakin eyni virusa yoluxan insan belə, immun sisteminin zəif olması səbəbindən xəstəliyi daha ağır keçirə bilər. Xüsusilə son illərdə, COVID dövründən sonra immun sistemində müəyyən zəifləmə müşahidə olunur. Günəşə az çıxmaq, maska istifadəsi və digər viruslara daha az məruz qalmaq kimi faktorların da bu prosesdə rolu olduğu qeyd edilir. Bu səbəbdən bəzi hallarda xəstəliklər daha kəskin formada müşahidə olunur”.
Nurcan Babək
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı












