İsmayıllıda sel suları yolu dağıtdı - Dörd kəndlə əlaqə kəsildi - FOTOLAR

Son günlər yağan intensiv yağışların yaratdığı fəsadlar səbəbindən İsmayıllıda dörd kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Girdiman çayında suyun səviyyəsinin kəskin artması nəticəsində Çəndəhar kəndinə gedən yeganə avtomobil yolu tamamilə dağılıb. Çəndəharla yanaşı, rayonun Həftəsov, Zarat və Brovdal kəndləri ilə rayon mərkəzi arasında olan nəqliyyat əlaqəsi məhdudlaşıb. Hazırda aidiyyəti qurumların ağır texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub, yolun bərpası istiqamətində işlərə başlanılıb. İlkin mərhələdə çayın məcrasının dəyişdirilməsi və suyun digər istiqamətə yönəldilməsi nəzərdə tutulur. Məsələ ilə əlaqədar İsmayıllı Rayon İcra Hakimiyyətinin kənd üzrə nümayəndəsi Tehran Manaflı bildirib ki, bir həftədən çox davam edən intensiv yağışlar nəticəsində Girdiman çayında suyun səviyyəsi artıb və bunun nəticəsində nümayəndəliyə daxil olan kəndlərin rayon mərkəzi ilə əlaqəsi kəsilib və hazırda ərazidə bərpa işləri davam etdirilir.









Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












