İnstaqramdakı səhifədən planşet alan şəxs aldadılıb təhdid edildi – ŞİKAYƏT - FOTO

Paytaxtda onlayn mağazaların birindən məhsul alan vətəndaş istehlakçı hüquqlarının pozulması ilə üzləşib. Bu barədə şikayət Azad İstehlakçılar Birliyinə edilib. Birlikdən Avtosfer.az-a verilən məlumata əsasən, vətəndaş “Instagram” sosial şəbəkəsi vasitəsilə “smart.saat.online” səhifəsində yerləşdirilmiş reklam əsasında “Umiio 16 Pro Max” planşeti sifariş edib. Reklamda planşetin 512 GB yadddaşa malik olduğu qeyd olunub. Müştəri isə mağazadan məhsulun 1 TB olanını almaq istəyib. Eyni zamanda sifariş zamanı satıcıdan məhsulun klaviaturasının elə planşetin özü ölçüdə olduğunu soruşub. Satıcı tərəfindən klaviaturanın ölçüsünün müştərinin istəyinə uyğun olduğu bildirilib. Vətəndaş planşeti əldə etdikdən sonra öyrənib ki, ona satılan məhsul 512 GB yaddaşa malikdir və cihazda ciddi proqram təminatı problemləri mövcuddur. Bundan əlavə, planşet üçün təqdim edilən klaviatura da müştərinin istədiyi ölçülərə uyğun olmayıb. Müştəri satıcıya dərhal yazılı şəkildə geri qaytarılma tələbini çatdırsa da, məhsulun geri alınması zamanı rəsmi akt tərtib edilməyib, hətta təhdid və şantaj xarakterli mesajlarla üzləşib.
Hadisə istehlakçı hüquqlarının pozulması və onlayn satışlarda aldatma riskinə dair nümunə kimi diqqət çəkir.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Avtosfer.az-a açıqlamasında bildirib ki, birliyə daxil olan şikayətlərin 80%-i danışıq yolu ilə həll olunur. Lakin bu məsələni biz qətiyyən danışıq yolu ilə həll edə bilmədik:
“Mən qarşı, yəni istehlakçı hüququnu pozan tərəfə zəng etdim. Bəlkə 10 dəfə soruşdum, amma telefonla danışan şəxs heç adını demədi və ərizəni dinləmədi. Birbaşa dedi ki, gedin hara istəyirsiniz, şikayət edin. Heç bilmirdi ki, nədən gedir söhbət. Sosial şəbəkələrdə bu cür yalancı, aldadıcı reklamlarla istehlakçıları aldadıb, cəlb edirlər. Üstəlik, insanları kredit toruna salırlar. Bu, çox geniş yayılmış bir məsələdir. Ümumiyyətlə, cəmiyyətdə qanun pozulmasının qarşısı alınmayanda, o daha sonra normaya çevrilir. Artıq istehlakçı hüquqlarının pozulması ölkədə normal hala çevrilib. Bunun qarşısı mütləq alınmalıdır və hökumətin mükəmməl istehlakçı siyasəti formalaşmalıdır”.
Nurcan Babək

Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı












