Kanalizasiya xəttinin üzərində tikilən təhlükəli evlər: İcazəni kimlər verir? - VİDEO

Təxminən bir il əvvəl Baku TV-nin qaynar xəttinə vətəndaş şikayəti daxil olmuşdu ki, onun yaşadığı - Bakının Nizami rayonu ərazisində yerləşən UPD qəsəbəsindəki evinin altından su axır. Nəticədə isə mülkü qəzalı vəziyyətə düşüb. Bununla bağlı material efirə getdikdən sonra bir neçə vətəndaş da öz şikayətini bildirmiş və eyni halla qarşılaşdığını qeyd etmişdi.
Avtosfer.az xəbər verir ki, bu barədə Baku TV məsələni aydınlaşdırmaq üçün aidiyyəti qurumla əlaqə saxlayıb.
ADSEA-dan bildirilib ki, həmin ərazidən böyük kollektor xətti keçir və orada baş verən qəzanı aradan qaldırmaq mümkün deyil. Çünki kollektor xəttinin üzərində qanunsuz formada evlər tikilib.
Bəs görəsən, belə ərazilərdə evlərin tikilməsinə kimlər icazə verir?
İlk olaraq kollektorların üzərində qanunsuz tikilən evlərin sayı diqqətə çatdırılıb.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən sorğuya cavab olaraq bildirilib ki, Bakı Sukanal İdarəsinin balansında və istismarında olan kanalizasiya, yağış kollektorlarının mühafizə zolağında, üzərində 1600-ə yaxın tikili mövcuddur:
"Bu səbəbdən də xətlərin üzərində inşa edilən tikililərin yaratdığı yüklənmə, eləcə də xətlərə vaxtlı-vaxtında texniki qulluğun göstərilməsinin mümkünsüzlüyü nəticəsində qəzalar baş verir. Bu qəzaları baş verən anda aradan qaldırmaq mümkün olmur. Çünki hər hansı qazıntı işləri aparılacağı təqdirdə tikililər həyati təhlükəyə səbəb ola bilər".
Əmlak üzrə ekspert Ramil Qasımzadə mövzu ilə əlaqədar qeyd edib ki, sözügedən ərazilərdə evlərin qanunsuz olaraq tikilməsinə müvafiq rayon icra hakimiyyəti orqanları tərəfindən göz yumulub:
"Bu evlər əsasən 2005-ci ildən başlayaraq 2015-ci ilə qədər tikilib".
Deputat Elşad Musayev isə bildirib ki, həmin dövrdə tikintiyə icazə verənlər məsuliyyətə cəlb olunmalıdırlar.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












