Kart problemi ABB-yə etimadı sarsıtdı - Müştərilər seçim qarşısında

“Sözsüz ki, bu kimi hallar Azərbaycan Beynəlxalq Bankı (ABB) və digər bankların imicinə ciddi zərər vurur. İstənilən bankda belə bir problem olduqda, müştərilərdə suallar yaranır”.
Avtosfer.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, baş verən problem vətəndaşın yox, bankın kibertəhlükəsizlik sistemi ilə əlaqəlidir:
“Bu ABB-nin öz müştəriləri ilə necə davranmasından asılı olacaq. Əgər doğrudan da vətəndaşlara dəyimiş ziyan təsbit olunub ödəniləcəksə, imici qorumaq mümkün olacaq. Yox əgər hər hansı get-gələ, “o arayışı gətir”ə çeviləcəksə, bu istər-istəməz bankın nüfuzuna xələl gətirəcək. Çünki baş verən problem vətəndaşın yox, bankın kibertəhlükəsizlik sistemi ilə əlaqəlidir. Birincisi, bundan dərslər çıxarılmalıdır. Bank problemin haradan qaynaqlandığını aşkar etməlidir. İkincisi, müştərilərin itirilmiş vəsaitləri son qəpiyinədək, vaxtı-vaxtında bərpa edilməlidir. Bu yaddan çıxmalı problem deyil. Əgər belə hadisələr baş verirsə və təkrarlanma ehtimalı varsa, mütləq şəkildə əməli tədbirlərə ehtiyac var. Dəymiş zərərin qarşılanması süründürməçiliyə, vətəndaşların narazlığına səbəb olacaqsa, müştərilər təbii olaraq, seçim edəcəklər. Vətəndaşlar artıq belə problemlərin yaşanmadığı digər banklara yönələcək”.
Ekspert əlavə edib ki, banklar öz təhlükəsizlik sistemlərinə daha çox yatırım etməlidirlər:
“Problemin qeydə alındığı ABB, “Yelo Bank”, “AccessBank” və “Expressbank” kimi banklar sistemlərini yeniləməlidir. Ümumiyyətlə, banklar anlamalıdır ki, artıq süni intellekt dövrünə qədər qoymuşuq. Hazırda ABŞ-da müzakirə olunan əsas məsələrdən biri süni intellektin yaratdığı yeni çağırışlar və fəsadlardır. Süni intellekt istənilən bank və təhlükəsizlik sistemini sıradan çıxara bilirlər. Ona görə də ən inkişaf etmiş süni intellekt proqramını bağladılar. Bu onu deməyə əsas verir ki, banklara daha çox kiberhücumlar, müdaxilələr artacaq. Ona görə də, banklar öz təhlükəsizlik sistemlərinə daha çox yatırım etməlidirlər. Bu isə böyük yatırım tələb edir. Banklar bu mövzuda xəsislik etməməlidir”.
Xatırladaq ki, iyunun 24-də Azərbaycan Beynəlxalq Bankı, “Yelo Bank”, “AccessBank” və “Expressbank”ın bəzi kart əməliyyatları ilə bağlı texniki problem yaranıb. Texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş verib. Məsələ ilə bağlı “Azəricard” Prosessinq Mərkəzindən verilən açıqlamaya görə, bu hal banklararası hesablaşma fayllarının emalı zamanı “Azəricard”dan asılı olmayan texniki səbəbdən baş vermiş təkrarlanmalarla bağlı meydana gəlib.
Azərbaycana “yandırıcı” və “boğucu” istilər gəlir - Avqustun əvvəlindən...
Elektrik skuteri sürənlər əvvəlcə təlim keçməlidirlər, dəbilqə məcburi ola bilər
Azərbaycanda əhalini ən çox aldadan şirkətlər AÇIQLANDI
Skuterlər qadağan olunacaq, yoxsa sərt cəzalar gəlir? – Ekspektdən AÇIQLAMA
Skuterlə avtobusa minmək qadağandır? - Hüquqşünas izah etdi
Binada yaşayanların NƏZƏRİNƏ: 300 manat cəriməsi var
Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb - ADY-dan valideynlərə çağırış - VİDEO
Bakının mərkəzində bəzi EVLƏR UCUZLAŞIB - Mənzil bazarında son vəziyyət
Meyiti zirzəmiyə atıldığı iddia edilən körpənin atası - Yazışmaları göstərdi - VİDEO
Türkiyədə 50 dərəcə isti olacaq – Əhali və tursitlərə çağırış edildi
Baş nazir qərar imzaladı










