Kartla edilən ödəniş zamanı ƏDV avtomatik geri qaytarılacaq - Rəisdən AÇIQLAMA

Yaxın günlərdə Azərbaycanda “ƏDV geri al” mexanizmi tam avtomatlaşdırılacaq.
Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Bakıda keçirilən “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” adlı forumda bildirib.
“Kapital Bank” və “PAŞA Bank” ASC-lərlə birlikdə yeni sosial tərəfdaşlıq layihəsinin icrasına başlayırıq. Bu layihənin məqsədi “ƏDV geri al” mexanizmini vətəndaşlar üçün daha da sadələşdirmək və geri qaytarılan vəsaitlərin daha operativ şəkildə əldə olunmasını təmin etməkdir. Adı çəkilən iki bankın kartları ilə edilən ödəniş zamanı yeni nəsil nəzarət-kassa aparatlarının çek məlumatları elektron kabinetdə avtomatik əks olunacaq və geri qaytarma üçün müraciətin formalaşdırılması prosesi tam avtomatlaşacaq. Bu addım həm şəffaflığı artıracaq, həm də vətəndaşlar üçün prosesi xeyli asanlaşdıracaq”, - deyə o qeyd edib.
Mənbə: marja.az
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












