Kartlardan silinən pullar geri qayıdacaq?

Azərbaycanda bir sıra bankların və ödəniş xidmətlərinin müştəriləri kart hesablarında texniki problemlərlə üzləşiblər. İstifadəçilər balansların mənfi göstərilməsi, vəsaitlərin silinməsi və kart əməliyyatlarında nasazlıqlarla bağlı şikayətlər ediblər. Bir neçə bank və ödəniş xidməti də müştərilərinə texniki çətinliklərlə əlaqədar xəbərdarlıq göndərib. Banklar problemin texniki xarakter daşıdığını bildirərək onun aradan qaldırılması istiqamətində işlərin aparıldığını açıqlayıblar. Hazırda nasazlığın dəqiq səbəbi ilə bağlı rəsmi məlumat verilməyib.
Bəs kartdan silinən vəsait vətəndaşlara geri qayıdacaqmı?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Redaktor.az"a açıqlamasında bank eksperti Ramin Bayramov bildirdi ki, "AzəriCard"da texniki problem yaranıb, düzələcək və hər şey əvvəlki vəziyyətinə qaytarılacaq:

"Texniki problemin mahiyyəti ondan ibarətdir ki, sistemdəki məlumatlarda qarışıqlıq yaranıb. Problem aradan qaldırıldıqdan sonra hər şey əvvəlki vəziyyətinə qaytarılacaq. Hətta elə insanlar var ki, kartlarında vəsait sıfır görünmür, əksinə, mənfi balans göstərilir. Yəni bu, texniki xarakterli qarışıqlıqdır və bərpa oluna bilən məsələdir. Banklardan verilən məlumata görə, "AzeriCard" bildirib ki, bütün problemlər aradan qaldırılacaq. Təbii ki, vəsaitin itməsindən söhbət gedə bilməz".
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT












