Keyfiyyətsiz iş və yeyinti… – Ekspertdən yollarla bağlı ağır ittiham

"Təbii fəlakətlər qaçılmaz olsa da, yol infrastrukturunun bu cür hadisələrə qarşı dözümlü olması mütləqdir. Bu gün həm Bakıda, həm də bölgələrimizdə şahidi olduğumuz mənzərə göstərir ki, yol tikintisində və su-kanalizasiya sistemlərinin qurulmasında ciddi nöqsanlara yol verilib".
Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş - AÇIQLANDI
Avtosfer.az xəbər verir ki, bu fikirləri Redaktor.az-a açıqlamasında yollardakı çökmələr və sürüşmələr haqqında danışarkən nəqliyyat eksperti Elməddin Muradlı səsləndirdi.
Onun sözlərinə görə, yollar, kanalizasiya və su sistemləri vaxtında cari təmir olunmalı və lazımi səviyyədə qorunmalıdır:
"Təəssüf ki, bizdə bu sistemlərin qorunması lazımi səviyyədə deyil, nəticədə isə məlum fəsadlarla qarşılaşırıq. Yolların inşası zamanı əməl olunmalı konkret şərtlər və texniki tələblər mövcuddur ki, burada da əsas amil təhlükəsizlikdir. Lakin bizdə bir çox sahədə hər şey olsa da, məhz təhlükəsizlik məsələsi arxa plana keçir. Bunun nəticəsi olaraq yollarımızda ciddi çökmələr və dağıntılar baş verir".
Müsahibimiz buna bariz nümunə kimi Bibiheybət məscidinin yaxınlığındakı yolu göstərdi:
"Bir neçə il əvvəl də eyni ərazidə oxşar hadisə baş vermiş, bərpa işlərinə dövlət tərəfindən külli miqdarda vəsait ayrılmışdı. Hadisənin yenidən təkrarlanması o deməkdir ki, işlər keyfiyyətsiz görülüb və texnoloji qaydalara riayət olunmayıb. Maddi yeyinti və digər neqativ hallar sonda bu cür acınacaqlı vəziyyətin yaranmasına gətirib çıxarır. Hesab edirəm ki, yol infrastrukturu ilə bağlı məsələlərə yanaşma kökündən dəyişməlidir. Harada ciddi fəsad yaranırsa və bunun yol təsərrüfatındakı səhvlər ucbatından baş verdiyi sübut olunursa, həmin yolu inşa edən qurum, şirkət və cavabdeh vəzifəli şəxslər hüquqi məsuliyyətə cəlb olunmalıdır. Yalnız ciddi cəza və məsuliyyət mexanizmi tətbiq edildikdən sonra bu cür problemlərin təkrarlanmayacağına əmin olmaq olar".
Bakı kartın qiyməti bahalaşdı: Metro və avtobusda gedişhaqqı artacaq?
Elektromobilə minərkən sizin də ürəyiniz bulanır? - Səbəb görün nə imiş
Bakıda obyekt səkini zəbt etdi - Piyadalar təhlükədə - VİDEO
"Avtobus kəndin içinə girə bilmir" - Sakinlərin yol dərdi - VİDEO
Lazaya leysan yağdı; avtomobil yoluna ciddi ziyan dəydi - FOTOLAR - VİDEO
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
Torpaq Məcəlləsində dəyişiklik; Dövlət torpaqları xüsusi mülkiyyətlə dəyişdirilə bilər? - AÇIQLAMA
Baş nazirdən DTX-yə aid qanunla bağlı DƏYİŞİKLİK
"BakıKart" qiyməti bahalaşdı
Bakıda bu ərazinin siması dəyişəcək – yeni binalar, kanat yolları, tramvay... - Söküləcək küçələrin ADLARI
Avtobusa minənləri SEVİNDİRƏN QƏRAR - Yeni qaydalar açıqlandı










