Kimlər təyyarə ilə uçmamalıdırlar? - Mütəxəssis riskləri açıqladı

Aviauçuşlar təzyiqin dəyişməsi, oksigen səviyyəsinin azalması və hipodinamiya (hərəkət aktivliyinin məhdudlaşması nəticəsində əzələ fəaliyyətinin zəifləməsi və orqanizmin funksiyalarının pozulması - red.) səbəbindən bəzi xəstəliklərin gedişatını ağırlaşdıra bilər.
Avtosfer.az Oxu.az-a istinadən bildirir ki, bu barədə rusiyalı terapevt Şota Kalandiya RT-yə müsahibəsində danışıb.
Mütəxəssisin sözlərinə görə, aviauçuşlar üçün əsas əks göstərişlərdən biri kəskin ürək-damar xəstəlikləridir. Belə ki, infarkt və ya insult keçirən şəxslərə bu hadisələrdən sonra 4-6 həftə ərzində təyyarə ilə səyahət etmək tövsiyə olunmur.
Həkim bildirib ki, xroniki obstruktiv ağciyər xəstəliyi, ağır astma və tromboza meyilli şəxslər də risk qrupuna daxildirlər. Çünki uzun müddət hərəkətsiz vəziyyətdə oturmaq qan dövranını ləngidir və tromb yaranması riskini artırır.
Bundan əlavə, əməliyyatlardan sonra, infeksiyalar zamanı, eləcə də qulaqlarda güclü ağrıya səbəb ola bilən LOR xəstəliklərinin (sinüzit, otit və s.) kəskinləşməsi dövründə müvəqqəti olaraq aviauçuşlardan çəkinmək tövsiyə edilir. Ağır keçən hamiləlik də uçuşun məsləhət görülmədiyi hallardan biridir.
Ş.Kalandiya uçuş zamanı təhlükəsizliyi artırmaq üçün saatda bir dəfə ayağa qalxaraq yüngül isinmə hərəkətləri etməyi, kompressiya corablarından istifadə etməyi və zəruri dərmanları əl baqajında saxlamağı məsləhət görüb.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












