Kondisioner, sərinkeş... - Yayda işıqpulunu necə azaldaq?

Yayda elektrik enerjisi sərfiyyatı da nəzərəçarpacaq dərəcədə yüksəlir. İyun-avqust aylarında kondisioner, sərinkeş, soyuducu və digər məişət avadanlıqlarının daha çox işləməsi ilə sayğacın təkəri sürətini artırır. Bir çoxları hər ay ödədiyi işıqpulunun qəbzdə “fantastik” hesabını gördükdə gözləri alnına çıxır.
Avtosfer.az “Yeni Sabah”a istinadən xəbər verir ki, yay mövsümündə elektrik enerjisi istehlakının əsas səbəbi kondisionerlərdir.
İsti və bürkülü hava şəraitində insanlar günün böyük hissəsini soyuducu cihazlarla keçirdiyindən enerji sərfiyyatı qış ayları ilə müqayisədə xeyli yüksəlir. Bir kondisionerin gün ərzində 8-10 saat işləməsi aylıq elektrik istehlakını onlarla kvatt/saat artırır.
Amma sərfiyyatı artıran təkcə kondisionerlər deyil. Soyuducular da daha çox işləyir. Havanın temperaturu yüksəldikcə soyuducu daxildəki temperaturu sabit saxlamaq üçün daha intensiv fəaliyyət göstərir. Bundan başqa, insanlar isti havalarda daha çox soyuq içki və ərzaq saxladığından soyuducunun qapısı tez-tez açılıb-bağlanır.
Elektrik sərfiyyatını artıran amillərdən biri də evlərin istilik izolyasiyasının zəif olmasıdır. Bir çox mənzildə Günəş şüaları birbaşa otaqlara daxil olur, pəncərələrdən istilik keçir və nəticədə kondisioner evi sərin saxlamaq üçün daha çox işləməli olur.
Mütəxəssislər hesab edirlər ki, bəzi sadə vərdişlərlə elektrik xərclərini əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.
İlk növbədə, kondisioneri 18-20 dərəcədə deyil, 24-26 dərəcə arasında işlətmək tövsiyə olunur. Bir çox insan otağın daha tez soyuması üçün temperaturu minimum həddə endirir. Halbuki bu, həm enerji sərfiyyatını artırır, həm də cihazın yükünü yüksəldir. İnsan orqanizmi üçün ən rahat temperatur 24-26 dərəcə hesab olunur.
Digər vacib məsələ günəş şüalarının qarşısını almaqdır. Günün ən isti saatlarında pərdələrin və jalüzlərin bağlı saxlanılması otağın temperaturunu bir neçə dərəcə aşağı sala bilər. Bu isə kondisionerin daha az işləməsinə imkan verir.
Enerji qənaəti üçün istifadə olunmayan cihazların elektrik şəbəkəsindən ayrılması da tövsiyə edilir. Televizor, kompüter, modem və digər qurğular söndürülmüş vəziyyətdə olsa belə müəyyən qədər enerji sərf edir.
Soyuducunu sobanın və ya günəş şüalarının yaxınlığında yerləşdirmək enerji istehlakını artırır. Həmçinin isti yeməklərin birbaşa soyuducuya qoyulması cihazın daha çox işləməsinə səbəb olur.
Ekspertlər bildirirlər ki, bir ailə sadalanan qaydalara əməl etməklə yay aylarında elektrik enerjisi sərfiyyatını 15-30 faizədək azalda bilər. Bu isə ay ərzində həm xərclərə qənaət etməyə, həm də enerji resurslarından daha səmərəli istifadə etməyə imkan verir.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












