Kondisionerdən istifadə edən ürək xəstələrinə XƏBƏRDARLIQ

Mütəxəssislər isti havalarda kondisionerdən düzgün istifadə etməyin vacib olduğunu bildiriblər. Avtosfer.az “Axşam.az”a istinadən xəbər verir ki, kardioloqlar həddindən artıq isti havadan qorunmaq üçün istifadə edilən kondisionerlərin ürək xəstələri üçün risk yarada biləcəyini vurğulayıblar. Həkimlərin sözlərinə görə, tərləyən halda qəfil buz kimi soyuq mühitə daxil olmaq və ya isti havada soyuq suya girmək ürəkdə ritm pozuntularını tətikləyə bilər. Mütəxəssislər bədənin ani temperatur dəyişikliklərindən qorunmasının vacibliyini qeyd edərək, otaqların tədricən soyudulmasını tövsiyə edirlər. Xüsusilə ürək xəstələrinə kondisioneri 17 dərəcə kimi çox aşağı temperaturda işlətməmək və cihazın qarşısında yatmamaq məsləhət görülür. Həkimlər orqanizmin uyğunlaşması üçün optimal otaq temperaturunun seçilməsinin və isti-soyuq keçidlərinin yavaş həyata keçirilməsinin vacib olduğunu bildirirlər.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












