Kondisionerdən istifadə zamanı elektrik xərcini azaltmaq üçün TÖVSİYƏLƏR

Yay istisində kondisionerlərdən istifadə artır, lakin bununla yanaşı elektrik enerjisi xərcləri də yüksəlir. Avtosfer.az "Lent.az"a istinadən xəbər verir ki, mütəxəssislər yüksək ödənişlərin səbəbinin hər zaman tariflər olmadığını deyirlər. Çox vaxt problem kondisionerdən düzgün istifadə edilməməsi ilə bağlı olur.
Kondisioner niyə çox elektrik sərf edir?
Bir çox istifadəçi otağı daha tez sərinlətmək ümidi ilə kondisioneri ən aşağı temperatur rejiminə keçirir. Lakin mütəxəssis vurğulayır ki, kondisioner soyuq yaratmır, sadəcə otaqdakı istiliyi xaricə ötürür. Temperaturu həddindən artıq aşağı səviyyəyə endirmək otağın daha tez soyumasına kömək etmir. Əksinə, bu, kompressorun maksimum gücdə işləməsinə səbəb olur və elektrik sərfiyyatını artırır. Mütəxəssislərin fikrincə, otaqla çöldəki hava arasındakı temperatur fərqinin 6–8 dərəcə olması həm rahatlıq, həm də enerji qənaəti baxımından ən optimal göstəricidir.
"Turbo" və ya "Jet Cool" rejimi
Bu rejim ən çox elektrik enerjisi sərf edən funksiyalardan biridir. O, ventilyatoru və kompressoru maksimum gücdə işlədərək cihazın üzərinə böyük yük salır. Elektrik xərclərini azaltmaq istəyənlərə kondisioneri sabit rejimdə işlətmək tövsiyə olunur.
"Dry" (Qurutma) rejimi
Bu rejim havanı soyutmur, yalnız rütubəti azaldır. Ondan əsasən yağışlı və yüksək rütubətli havalarda istifadə etmək məqsədəuyğundur. İsti hava ilə mübarizə üçün bu rejim uyğun hesab edilmir. Cəmiyyətdə belə bir fikir var ki, kondisioneri qısa fasilələrlə işə salmaq daha qənaətlidir. Lakin elektrik ustasının sözlərinə görə, ən çox enerji cihaz ilk dəfə işə düşərkən sərf olunur. Kondisioneri davamlı şəkildə söndürüb-yandırmaq həm elektrik sərfiyyatını artırır, həm də kompressorun daha tez sıradan çıxmasına səbəb ola bilər.
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı












