Kredit ödəyənlərin NƏZƏRİNƏ: Vaxtından əvvəl ödəniş edərkən....

Krediti vaxtından əvvəl ödəyəndə əlavə faiz və xidmət haqqı tələb olunur?
İnsanlar kreditlərini müəyyən edilmiş vaxtdan əvvəl bağlamaq istəyəndə bunun üçün hansı şərtlərin tətbiq olunduğunu, əlavə ödənişlərin olub-olmadığını öyrənmək istəyirlər. Bir çox borc alan vaxtından əvvəl ödəmə ilə bağlı qərar verərkən əlavə faiz və ya xidmət haqqı ödənişindən narahat olur. Bu səbəbdən vətəndaşlar kredit müqavilələrinin şərtləri diqqətlə araşdırmalı və qanunvericilikdə nəzərdə tutulan limitləri bilməlidirlər.
Mülki Məcəllə isə bu sahədə həm borc alanların, həm də borc verənlərin hüquqlarını qoruyacaq şəkildə tənzimləmə təmin edir.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı vəkil Elvin Səfərov Oxu24.com-a açıqlamasında bildirib:
“Krediti vaxtından əvvəl ödəyən şəxsdən əlavə faiz və ya xidmət haqqı tələb olunması qanuni deyil. Kredit bağlanan günə qədər faiz ödənişi tələb oluna bilər. Yalnız müqavilə ilə bəzən hansısa bir məbləğin ödənilməsi tələb olunduğu hallar istisna olmaqla. Mülki Məcəllə - 745.2. Kredit müqaviləsi üzrə borcalan tərəfindən öhdəlik vaxtından əvvəl ödənilərsə, borcverən bu Məcəlləyə uyğun olaraq zərərin əvəzinin ödənilməsi üçün kompensasiya ödənilməsini yalnız kredit müqaviləsində nəzərdə tutulduqda tələb edə bilər.
Bank müqavilədə əvvəlcədən bu şərti qeyd edibsə, bu halda əlavə ödəniş tələb edə bilər.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












