Krediti kreditlə bağlamaq: Çıxış yolu, yoxsa borc tələsi? - AÇIQLAMA

Son vaxtlar krediti kreditlə bağlayan vətəndaşların sayı artmaqdadır. Bu proses vətəndaşın maliyyə vəziyyətini yaxşılaşdırmaq əvəzinə, əksər hallarda borc yükünün daha da artmasına səbəb olur. Belə hallarda əsas sual ortaya çıxır: İtirən kimdir - vətəndaş, yoxsa bank?
Avtosfer.az-ın məlumatına görə, iqtisadçı Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, krediti yeni kreditlə bağlayan zaman həmişə itirən kredit götürən şəxs olur:
"Amma son nəticədə bank da itirə bilər. Çünki kreditlə kredit bağlanırsa, bu o deməkdir ki, vətəndaşın sabit gəliri yoxdur. Əgər qısamüddətli problem varsa, əksər hallarda banklar kreditin bağlanması üçün yeni kredit vermirlər. Bu isə şəxsin maliyyə vəziyyətinin çətin olduğunu göstərir və bəzən özünü doğruldur".
Əkrəm Həsənov vurğulayıb ki, krediti kreditlə ödəmək prosesində bəzən bank da zərər görə bilər:
"Bank hesab edir ki, bu problemli kredit deyil. Əslində isə kreditlər ard-arda bağlandıqca, sonda borcalan heç bir öhdəliyini yerinə yetirə bilmir”.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












