Küçə adları və ünvan lövhələri olmayan qəsəbələr - VİDEO

Görədil, Corat, Novxanı və Şüvəlan də daxil olmaqla Bakı və Abşeronun bir çox kənd və qəsəbələrində əksər küçələrin adları və ünvan lövhələri yoxdur. Bu problem sakinlər üçün gündəlik həyatda çətinliklər yaradır. Avtosfer.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
Sakinlərdən biri vəziyyəti belə ifadə edib:
"Buraya gəlmək istəyənlər deyir ki, "konum" at. Mən 15 ildir burada yaşayıram, ərazidə küçə adı yoxdur. Xahiş edirik ki, buraya küçə adı verilsin".
Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, müvafiq portalda bütün küçə və prospektlərin adı qeyd olunub, lakin küçə adları, prospektlər, ünvan göstərici lövhələr və bina nömrə lövhələrinin quraşdırılması onların səlahiyyətinə aid deyil:
"Bu işlər qanunvericiliyə uyğun olaraq müvafiq yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir".
Bir neçə icra hakimiyyəti orqanından isə qeyd olunub ki, ünvan lövhələri satınalma predmeti olduğundan hazırda aidiyyəti qurumlarla razılaşdırılaraq həyata keçirilməsi üzərində işlər aparılır və lövhəsi olmayan küçələr müəyyən edilərək bərpa olunur.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












