Küçə itləri şagirdlərə hücum etdi - Təhlükəli vəziyyət - VİDEO

Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən 171 nömrəli məktəbdə təhsil alan şagirdlərin valideynləri ciddi narahatlıq keçirirlər. Avtosfer.az-ın məlumatına görə, valideynlər bu barədə Musavat.com-a müraciət edərək bildiriblər ki, məktəbin ətrafı sahibsiz küçə itləri ilə doludur və bu vəziyyət uşaqların təhlükəsizliyini risk altına salır.
Onların sözlərinə görə, şagirdlər tez-tez küçə itlərinin hücumu ilə üzləşir, bəzən isə qorxudan yollarını dəyişmək məcburiyyətində qalırlar:
“Ötən gün övladım dərsdən axşam çıxanda evə gec gəlmişdi. Onu qarşılamağa getdim. Məlum oldu ki, uşaqlar itlərdən qorxduqları üçün yolu dəyişərək dolayısı ilə gəliblər. Xüsusilə axşam saatlarında çox narahat oluruq. Sabah bu itlər uşaqlara hücum etsə, kim cavab verəcək?”
Valideynlər qeyd edirlər ki, bir müddət əvvəl aidiyyəti qurumların nümayəndələri əraziyə gələrək itləri toplasa da, bəzi sakinlərin etirazı ilə bu proses yarımçıq qalıb:
“Bəzi sakinlər itləri yedizdirdiklərini deyərək onların aparılmasına qarşı çıxdılar. Nəticədə itlərin sayı gündən-günə artır. Artıq təkcə uşaqlar deyil, böyüklər də bu vəziyyətdən ehtiyat edir. Dəfələrlə hücum halları olub. Sonuncu dəfə uşaqların üzərinə cumanda ətrafdakı insanlar müdaxilə edib onları xilas etdilər. Ən təhlükəli vaxt isə axşam saatlarıdır”.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Pənah İmanov açıqlamasında problemin onlara dəfələrlə bildirildiyini təsdiqləyib:
“Bu məsələ ilə bağlı bizə mütəmadi müraciətlər daxil olur, qəbullarda da vətəndaşlar problemi qaldırırlar. Lakin məsələ hələ də həllini tapmayıb və çətin vəziyyət olaraq qalır. Bakı Şəhər İcra Hakimiyyətindən müvafiq tapşırıq gözləyirik. Çünki bu problemi rayon səviyyəsində tam həll etmək mümkün deyil. Əvvəllər “Toplan” Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin əməkdaşları gəlib itləri toplayırdılar. Hazırda isə belə bir praktika müşahidə olunmur. Biz də aidiyyəti qurumlara müraciət etmişik”.
Qeyd edək ki, məktəb ətrafında yaranmış vəziyyət valideynləri ciddi şəkildə narahat edir və onlar problemin təcili həllini tələb edirlər.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












