Külək güclənəcək, şimşək çaxacaq və dolu düşəcək - SABAHIN HAVASI

İyunun 22-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Avtosfer.az-a verilən məlumatına əsasən, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz havanın qısa müddətə tutulacağı, bəzi şəhərətrafı ərazilərdə az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 19-22° isti, gündüz 26-29° isti olacaq, atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək və nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 29-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 18-23°, bəzi yerlərdə 25-28° isti olacaq.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












