Maaş və pensiya artımı ilə bağlı mühüm xəbər – Nələr olacaq?

Maaş, pensiya və müavinətlərlə bağlı məsələlərin qanunvericilik müstəvisində daha geniş müzakirəsi təklif olunur. Milli Məclisin plenar iclasında deputat Elman Nəsirov bu istiqamətlər üzrə ayrıca ictimai müzakirələrin keçirilməsinin vacibliyini bildirib.
Avtosfer.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Ruslan Atakişili deyib ki, qanun layihələrinin ictimai müzakirəsi ilə bağlı institusional sistem mövcuddur:
“Bu proses digər qanun layihələrinə münasibətdə də həyata keçirilir. Birinci növbədə, müzakirə olunan fikir ondan ibarətdir ki, istənilən qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılmamışdan ən azı bir ay əvvəl qurumun saytında yerləşdirilir və ictimai müzakirəyə açılır. İstənilən şəxs həmin platformada öz fikirlərini və təkliflərini irəli sürə bilər”.
İqtisadçı bildirib ki, digər ictimai müzakirə formatında isə ictimai xadimlərin, qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin, fondların, tanınmış elm və ictimaiyyət nümayəndələrinin iştirakı nəzərdə tutulur:
“Burada əhalinin kütləvi şəkildə iştirakından daha çox, müzakirə olunan mövzu üzrə ekspertlərin öz rəylərini və fikirlərini bildirməsi nəzərdə tutulur. Sadəcə, bəzi hallarda bu mexanizmlərin nə dərəcədə effektiv işlədiyi sual doğurur”.
Ruslan Atakişili müzakirələrin maaş, pensiya və müavinətlərə təsirindən də danışıb:
“Təbii ki, müzakirədə iştirak edənlər artım tələb edə bilərlər. Amma son qərarı dövlət büdcəsi müəyyən edir. Əgər indiyə qədər bu artım nəzərdə tutulmayıbsa, sonradan hər hansı artımın layihəyə əlavə edilməsi çətin olacaq. Bu məsələ gərək əvvəlcədən nəzərə alınaydı. Çünki əslində dövlət büdcəsinin artırılması ilə bağlı təkliflər mart ayının 15-dək verilməlidir. Bütün xərclərlə bağlı təkliflər, məsələn, 2027-ci il dövlət büdcəsi ilə bağlı təkliflər 2026-cı il martın 15-dək təqdim olunur. Bundan sonra məsələ Maliyyə Nazirliyinə gedir, nazirlik tərəfindən baxılır, redaktə olunur və qurumların təklifləri nəzərə alınır. İndi isə artıq həmin prosesin yekunlaşmasına az vaxt qalıb. Bu dəqiqə orada hansısa artım nəzərdə tutulubsa, deməli, tutulub. Tutulmayıbsa, bundan sonra artım etmək üçün başqa bir xərcin azaldılması lazım gələcək”.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












