Maaşınız bu məbləğdən çoxdursa verginiz dəyişəcək - Yeni qayda

2027-ci ildən əməkhaqqından gəlir vergisinin hesablanması qaydasında dəyişiklik ediləcək. Yeni sistemdə verginin məbləği aylıq gəlirin hansı aralıqda olmasından asılı olaraq müəyyənləşəcək.
Avtosfer.az milliaz-a istinadən xəbər verir ki, 2 500 manatadək aylıq gəlirə 5 faiz vergi tətbiq olunacaq. Gəliri 2 500-8 000 manat arasında olan şəxslər isə 125 manat və 2 500 manatı aşan hissənin 10 faizi məbləğində vergi ödəyəcəklər.
Aylıq gəlir 8 000 manatdan çox olduqda, vergi 675 manat təşkil edəcək və 8 000 manatdan artıq olan hissəyə 14 faiz tətbiq ediləcək.
Qaydalar 2028-ci ildən yenidən dəyişəcək. Həmin tarixdən 2 500 manatadək gəlirlər üçün vergi dərəcəsi 7 faiz olacaq. 2 500-8 000 manat gəlir aralığında sabit məbləğ 175 manat, 8 000 manatdan yuxarı gəlirlər üçün isə sabit məbləğ 725 manat müəyyən ediləcək.
Beləliklə, növbəti illərdə gəlir vergisinin məbləği əməkhaqqının səviyyəsinə uyğun olaraq mərhələli şəkildə hesablanacaq.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












