Maqnit qasırğası orqanizmə necə təsir edir? - Bu şəxslər onu daha ağır keçirir

Son günlər Günəşdə qeydə alınan güclü aktivlik nəticəsində Yerə maqnit qasırğalarının təsir göstərə biləcəyi ilə bağlı xəbərdarlıqlar edilir. Bu cür təbiət hadisələri bəzi insanlar üçün adi günlərdən daha çətin keçə bilər. Xüsusilə meteohəssas şəxslər, ürək-damar xəstəliklərindən əziyyət çəkənlər və yaşlı insanlar bu dövrdə səhhətlərində müəyyən dəyişikliklər hiss edə bilərlər.
Avtosfer.az-ın “Baku.ws”ə istinadən məlumatına görə, mütəxəssislərin sözlərinə görə, maqnit qasırğası Günəşdə baş verən partlayışlardan sonra yaranan yüklü hissəciklərin Yerin maqnit sahəsinə təsiri nəticəsində meydana çıxır. Bu proses birbaşa insanı şüalandırmasa da, bəzi insanlarda fizioloji və psixoloji narahatlıqlar yarada bilər.
Ən çox rast gəlinən şikayətlər arasında baş ağrısı, halsızlıq, yuxusuzluq, əsəbilik, diqqətin zəifləməsi, qan təzyiqinin dəyişməsi və ürək döyüntüsünün sürətlənməsi yer alır. Xüsusilə hipertoniyadan, ürəyin işemik xəstəliyindən, xroniki ürək çatışmazlığından əziyyət çəkənlər, həmçinin panik atak və təşviş pozuntusu yaşayan şəxslər bu dəyişiklikləri daha kəskin hiss edə bilərlər.
![]()
Həkimlər bildirirlər ki, isti hava ilə maqnit qasırğasının eyni vaxta təsadüf etməsi orqanizmə düşən yükü daha da artırır. İstidə orqanizm daha çox maye və elektrolit itirdiyindən ürək-damar sistemi daha gərgin işləyir. Bu səbəbdən belə günlərdə kifayət qədər su içmək, mineral balansını qorumaq, günün ən isti saatlarında açıq havada uzun müddət qalmamaq və ağır fiziki yüklənmədən çəkinmək tövsiyə olunur.
Psixoloqlar isə xəbərdarlıq edirlər ki, maqnit qasırğası ilə bağlı yayılan təşviş dolu məlumatlar da insanın özünü pis hiss etməsinə səbəb ola bilər. Buna görə də məlumatları yalnız etibarlı mənbələrdən izləmək, stresi azaltmaq və normal yuxu rejimini qorumaq vacibdir.
![]()
Mütəxəssislər vurğulayırlar ki, maqnit qasırğası hər kəsə eyni şəkildə təsir etmir. Bir çox insan bu prosesi ümumiyyətlə hiss etmir. Lakin xroniki xəstəlikləri olan şəxslər səhhətlərində ciddi dəyişiklik hiss etdikdə öz həkimlərinə müraciət etməli və qəbul etdikləri dərmanları həkim məsləhəti olmadan dəyişməməlidirlər.
Maqnit qasırğalarının qarşısını almaq mümkün olmasa da, sağlam həyat tərzi, kifayət qədər maye qəbulu, düzgün qidalanma və stressin azaldılması bu günləri daha rahat keçirməyə kömək edə bilər. Bu səbəbdən meteohəssas insanların yaxın günlərdə öz sağlamlıqlarına daha diqqətlə yanaşmaları tövsiyə olunur.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












