Məktəb bufetlərində şagirdlərə zərərli qidalar təklif edilir - Qida mütəxəssisi AÇIQLADI

Məktəb bufetləri uşaqların gündəlik qidalanmasında əhəmiyyətli rol oynayır. Burada təklif olunan məhsulların keyfiyyəti və tərkibi isə bəzən uşaqlar üçün uyğun olmaya bilər. Çox vaxt şəkər, duz və yağ miqdarı yüksək olan məhsullar satılır, təzə meyvə və tərəvəz isə az olur. Bu, uşaqların sağlam qidalanma vərdişlərinə mənfi təsir göstərə və uzun müddətli sağlamlıq problemlərinə səbəb ola bilər. Bəs görəsən məktəb bufetlərində balanslı menyu sistemi tətbiq etmək reallaşa bilərmi?
Məsələ ilə bağlı qida mütəxəssisi İlkin Şirinov Avtosfer.az-a açıqlamasında bildirib ki, mövcud vəziyyətdə məktəb bufetlərinə ciddi nəzarətin həyata keçirildiyini demək çətindir:

“Bu gün məktəb bufetlərində satılan qidaların əksəriyyəti hazır məhsullardır. Buraya paketlənmiş şirniyyatlar, çipslər, yağda, xüsusilə bitki yağında qızardılmış məhsullar daxildir. Bu yağların necə və neçə dəfə istifadə olunmasına, ümumiyyətlə, nəzarət mexanizminin olub-olmaması sual doğurur. Həmin məhsullar uşaqlar üçün zərərlidir və onların yaddaşına, diqqətinə, gündəlik dərs fəaliyyətinə mənfi təsir göstərə bilər. Məktəb bufetlərində monitorinq aparılsa, vəziyyətin ürəkaçan olmadığı aydın görünər. Satılan məhsullar əsasən marketlərdən alınan hazır qidalardır və üzərinə əlavə qiymət qoyularaq satışa çıxarılır. Üstəlik, bu qidalar uşaqlar üçün nəzərdə tutulmuş sağlam məhsullar deyil, əksinə, zərərli vərdişlərə yönəldə biləcək qidalardır”.
Mütəxəssinin sözlərinə görə, bufetlərdə uşaqların sağlamlığına xidmət edən məhsullar üstünlük təşkil etməlidir:
“Bunun üçün xüsusi menyular tərtib oluna bilər. Bir çox Avropa ölkələrində və dünyanın müxtəlif yerlərində məktəblərdə sağlam qidalanma menyuları tətbiq edilir. Bu menyulara süd və süd məhsulları, meyvə-tərəvəz, çərəzlər, balıq və ət daxildir. Belə qidalar uşaqların fiziki və zehni inkişafına müsbət təsir göstərir, yaddaşı və diqqəti gücləndirir. Digər vacib məsələ nəzarət mexanizmidir. Bufetlərdə saxlanılan məhsulların saxlama şəraiti, keyfiyyəti və yararlılıq müddəti yoxlanılmalıdır. Eyni zamanda, işçilərin sanitar normalara əməl etməsi və şəxsi gigiyenik vəziyyəti ciddi nəzarətdə saxlanılmalıdır. Bu, mümkün zəhərlənmə hallarının qarşısını almaq üçün vacibdir. Menyular hazırlanmalı və onların tətbiqi dövlət nəzarəti ilə həyata keçirilməlidir. Beləliklə, məktəb bufetlərində uşaqların gündəlik qidalanmasına effektiv nəzarət mexanizmi formalaşdırıla bilər”.
Nurcan Babək
Prezidentdən pensiyalarla bağlı ŞAD XƏBƏR
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ












