Məktəblərdə 300-dən çox şagirdə bir psixoloq kifayət etmir - AÇIQLAMA

Müasir dövrdə məktəb mühiti yalnız tədris prosesinin həyata keçirildiyi yer deyil, həm də şagirdlərin psixoloji, emosional və sosial inkişafının formalaşdığı əsas məkanlardan biridir. Bu səbəbdən təhsil sistemində psixoloji xidmətin rolu getdikcə daha çox diqqət mərkəzinə çevrilir. Şagirdlərin davranışları, emosional vəziyyətləri, sosial münasibətləri və təhsil motivasiyası birbaşa onların psixoloji sağlamlığı ilə bağlıdır. Buna görə də məktəblərdə psixoloqların fəaliyyəti təhsil prosesinin ayrılmaz hissəsi kimi qəbul olunur.
Lakin son illərdə bəzi təhsil müəssisələrində baş verən hadisələr məktəb psixoloqlarının rolu və effektivliyi ilə bağlı müxtəlif müzakirələrə səbəb olmuşdur. Bu müzakirələr cəmiyyətdə məktəblərdə psixoloji xidmətin nə dərəcədə təşkil olunduğu, psixoloqların real fəaliyyətinin necə həyata keçirildiyi və onların şagirdlərlə işinin effektivliyi kimi məsələləri gündəmə gətirmişdir.
Məsələ ilə bağlı psixoloq Aytən Ələkbərova Avtosfer.az-a açıqlamasında bildirib ki, son dövrlərdə məktəb psixoloqlarının praktik psixoloqlar qədər şagirdlərə psixoloji yardım göstərə bilməməsinin nəticələrini görürük:

“Çünki məktəb psixoloqları məktəbdən məktəbə dəyişir və bütün məktəblərdə psixoloqlar mövcuddur. Biz deyə bilmərik ki, bütün məktəblərdə çalışan psixoloqlar öz peşələrinin öhdəsindən gələ bilmirlər. Amma son zamanlar məktəblərdə baş verən bəzi hadisələr göstərir ki, nəzarət tələb edən şagirdlərlə bağlı problemlər kifayət qədər vaxtında aşkarlanmayıb. Məsələn, mütəmadi olaraq yalan danışan, hadisələri başqalarının üzərinə atmağa meyilli olan şagirdlər olur. Lakin bəzi hallarda məktəb psixoloqları bu kimi uşaqları vaxtında nəzarət tələb edən şagirdlər kateqoriyasına daxil etmir və nəticədə ciddi problemlər yaranır. Bu isə onu göstərir ki, bəzi hallarda psixoloqlar yaş psixologiyasını və uşaq davranışlarının xüsusiyyətlərini tam düzgün qiymətləndirə bilmirlər. Əgər yaş psixologiyası düzgün bilinərsə, bu cür halların qarşısını vaxtında almaq mümkündür və həm şagird, həm də digər şəxslər zərər görməz. Uşaqlarda xüsusilə nəzarət tələb edən davranışlar diqqətlə izlənilməlidir. Əgər bir uşaq davamlı olaraq etdiyi hərəkətləri başqasının üzərinə atırsa, burada artıq ciddi psixoloji göstəricilər ola bilər. Bu cür halların vaxtında aşkar olunmaması isə problemlərin dərinləşməsinə səbəb olur. Mən uzun illər əvvəl bir neçə məktəbdə çalışmışam və bu cür hallarla qarşılaşanda həqiqətən narahat olurdum. Belə vəziyyətlərdə düzgün yanaşma vacibdir. Valideynlərlə əlaqə qurulmalı, onlar düzgün istiqamətləndirilməlidir. Ona görə də demək olmaz ki, bütün məktəblərdə çalışan psixoloqlar öz işlərinin öhdəsindən tam şəkildə gəlirlər. Amma 300-dən çox şagirdə bir psixoloq kifayət deyil. Bu sahədə çalışan mütəxəssislərin öz üzərlərində işləməsi, praktik psixoloqlarla təcrübə mübadiləsi aparması və biliklərini daim artırması çox vacibdir”.
Nurcan Babək
Əhaliyə pul köçürmələri ən çox bu ölkələrdən gəlir
Metroda limitsiz abunə kartları nə vaxt tətbiq olunacaq? - RƏSMİ AÇIQLAMA
Bakıda su bu qrafiklə verilir - Saatlar açıqlandı
Kondisioner, sərinkeş... - Yayda işıqpulunu necə azaldaq?
Çimərliklərə gedənlərə ÇAĞIRIŞ - Bu təhlükədir!
Azərbaycana yay fəsli daxil olub
Külək güclənəcək, şimşək çaxacaq və dolu düşəcək - SABAHIN HAVASI
Bakı Beynəlxalq Avtovağzal Kompleksində musiqi alətlərinin satışı həyata keçirilir - VİDEO
Azərbaycanda İNTENSİV YAĞINTI BAŞLADI - Bu ərazilərə dolu düşdü
Bu rayonda işləmək istəyənlərin DİQQƏTİNƏ! - Əmək yarmarkası keçiriləcək
Çıxarışsız mənzil alanlara XƏBƏRDARLIQ










