Məktəblərdə dərslərin bitmə və başlama vaxtı dəyişir? – AÇIQLAMA

Uzun müddətdir müzakirə olunan məsələlərdən biri də dərslərin 1 sentyabrda başlayıb 25 mayda başa çatdırılması ilə bağlıdır. Bir çox valideyn hesab edir ki, iyun ayında havaların isti keçməsi uşaqların dərs prosesində çətinlik çəkməsinə səbəb olur.
Tədris ilinin əvvəlki qaydada təşkil olunması və dərslərin yenidən köhnə cədvəl üzrə keçirilməsi mümkündürmü?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı “Globalinfo.az”a danışan əməkdar müəllim, keçmiş deputat Sona Əliyevanın sözlərinə görə, Azərbaycanda dərs ilinin 15 sentyabrda başlayıb 14 iyunda bitməsi məsələsinə yenidən baxmaq olar:
“Çünki valideynlərin iyun ayı ilə bağlı narahatlığı reallığa əsaslanır. Yüksək temperatur uşağın diqqətinə, yaddaşına və dərsi qavramasına təsir edir. Elmi araşdırmalar da göstərir ki, isti sinif otaqlarında öyrənmə keyfiyyəti aşağı düşür. Uşaqlar daha tez yorulur, diqqəti dağılır. Lakin sentyabr ayının əvvəli də iyun ayı qədər isti keçir. Odur ki, bu dəyişikliyin effektiv olacağını güman etmirəm”.
Sona Əliyeva bildirib ki, indiki dərs təqvimi ilə tədris 34 həftədir:
“1 sentyabr-25 may modelində tədris müddəti 32-33 həftəyə qədər qısalır. Lakin belə olan halda dərs saatlarının sayı artacaq ki, bu da uşaqlar üçün əlavə yükdür. Yəni çevik model kimi çox isti aran rayonlarında tədris ilinin müddətində və ya dərs saatlarında dəyişiklik ola bilər.
Hər bir halda isə daha doğru olan fənn kurikulumlarının sadələşdirilməsidir. Şagird özünü daim ağır dərs proqramının təzyiqi altında hiss edəcəksə, məktəbə həvəssiz gedəcək. Odur ki, əsas məqsəd uşağın sağlam, rahat və öyrənə bildiyi məktəb mühitini yaratmaq olmalıdır. Təhsil təqvimi də bu reallığa uyğun qurulmalıdır”.
Əhaliyə pul köçürmələri ən çox bu ölkələrdən gəlir
Metroda limitsiz abunə kartları nə vaxt tətbiq olunacaq? - RƏSMİ AÇIQLAMA
Bakıda su bu qrafiklə verilir - Saatlar açıqlandı
Kondisioner, sərinkeş... - Yayda işıqpulunu necə azaldaq?
Çimərliklərə gedənlərə ÇAĞIRIŞ - Bu təhlükədir!
Azərbaycana yay fəsli daxil olub
Külək güclənəcək, şimşək çaxacaq və dolu düşəcək - SABAHIN HAVASI
Bakı Beynəlxalq Avtovağzal Kompleksində musiqi alətlərinin satışı həyata keçirilir - VİDEO
Azərbaycanda İNTENSİV YAĞINTI BAŞLADI - Bu ərazilərə dolu düşdü
Bu rayonda işləmək istəyənlərin DİQQƏTİNƏ! - Əmək yarmarkası keçiriləcək
Çıxarışsız mənzil alanlara XƏBƏRDARLIQ










