Məktəblərin sinif otaqlarına kamera quraşdırılması mümkündür – Ekspert səbəbləri AÇIQLADI

Son illər valideynlərin məktəblərdə sinif otaqlarına kamera quraşdırılması ilə bağlı istəkləri daha çox müzakirə olunur. Bir çox valideyn övladının dərs prosesində necə iştirak etdiyini, müəllim və şagird münasibətlərinin necə qurulduğunu yaxından izləmək istəyir. Bu həm şəffaflığın artmasına, həm də mümkün problemlərin vaxtında aşkar olunmasına kömək edə bilər.
Avtosfer.az xəbər verir ki, digər tərəfdən, bu məsələ şəxsi həyatın toxunulmazlığı, müəllim və şagirdlərin psixoloji rahatlığı kimi məqamları da gündəmə gətirir. Valideynlərin sinif otaqlarına kamera quraşdırmaq istəyi həm təhlükəsizlik və nəzarət baxımından məntiqli görünür, həm də müəyyən etik və hüquqi suallar doğurur.
Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi Avtosfer.az-a açıqlamasında bildirib ki, ölkəmizdə bunu həyata keçirmək o qədər də çətin deyil:

“Dünyanın bir çox ölkəsində auditoriyalarda kameralar quraşdırılıb və valideynlər istədikləri vaxt həmin kameralara qoşularaq övladlarının dərs gedişatını izləyə bilirlər. Məsələn, Finlandiya sistemində də belə bir imkan mövcuddur və digər ölkələrdə də tətbiq olunur. Hal-hazırda bəzi özəl liseylərdə və özəl təhsil müəssisələrində belə bir imkan yaradılıb. Hətta məktəbəqədər təhsil pilləsində belə valideynlər auditoriyaya qoşularaq dərs prosesini izləyə bilirlər. Düzdür, bunu tətbiq edərkən bəzən vətəndaşların hüquq azadlıqlarının məhdudlaşdırılması kimi qələmə verilir. Amma burda əsas məqsəd valideynin övladının dərs gedişatını və ümumi təhsil prosesinin düzgün aparılmasını izləmək hüququna malik olmasıdır. Təbii ki, bunun üçün infrastrukturu inkişaf etdirmək vacibdir. Təhsil müəssisələrində internet bağlantısı təmin edilməli, həmçinin elektrik enerjisi bütün nöqtələrdə stabil olmalıdır ki, proses problemsiz şəkildə həyata keçirilsin. Hazırda pilot layihə şəklində bəzi təhsil müəssisələrində bu sistem tətbiq olunur. Nəticələr analiz və təhlil edildikdən sonra əgər müsbət effekt müşahidə olunarsa, sistem bütün ölkə üzrə tətbiq edilə bilər”.
Nurcan Babək
Azərbaycanda gender bərabərliyi məsələsində dövrün trendi başa çatıb? – AÇIQLAMA
Sürücüləri canından bezdirən yol - VİDEO
Həyətdə od qalayanların NƏZƏRİNƏ! - Cəriməsi var
“Cəbiş müəllim”in qızından “Rabitəbank”a etiraz - “Bizdən razılıq alınmayıb”
Bu şəxslərin pensiyası artırıldı
Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırıldı
Dostlarla əyləncə faciəyə çevrilir - Dənizdə vəfat riskini artıran vərdiş
Azərbaycanda bu peşələrdə maaş 10 minə çatır
Peşə təhsili alanlara hərbi xidmətdən möhlət veriləcək? - RƏSMİ
Avtobus yük maşınına çırpıldı: Zərəri hansı sığorta ödəyəcək?
Əli Əsədov qaz təchizatı ilə bağlı qərar imzaladı










