Mənzil alanlara xəbərdarlıq: Sahələr süni şəkildə şişirdilir - VİDEO

Vətəndaş 100 kvadratmetr mənzil aldığını düşünsə də, sonradan faktiki sahənin daha az olduğu ortaya çıxır.
Avtosfer.az Xəzər TV-yə istinadən xəbər verir ki, əsas narazılıq mənzillərin sahəsi hesablanarkən bəzi tikinti şirkətlərinin əlavə sahələri də ümumi kvadratmetrə daxil etməsi ilə bağlıdır.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, mənzillərin sahəsinin hesablanması qaydaları Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsində ətraflı şəkildə müəyyən olunub.
Ekspertin sözlərinə görə, bəzi tikinti şirkətləri normativ tələbləri pozaraq mənzilin sahəsini çöl divarından hesablamaqla onu olduğundan artıq göstərirlər. Bu isə vətəndaşların maddi zərərə düşməsinə səbəb olur.
Ramil Osmanlı hesab edir ki, bu kimi halların qarşısının alınması üçün tikinti sektorunda nəzarət mexanizmləri daha da gücləndirilməlidir. Vətəndaşlara isə mənzil alarkən müqavilədə göstərilən sahəni texniki sənədlərlə müqayisə etmək, zərurət yaranarsa, məsələni hüquqi qaydada mübahisələndirmək tövsiyə olunur.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












