Metroda limitsiz abunə kartları nə vaxt tətbiq olunacaq? - RƏSMİ AÇIQLAMA

2026-cı ildə Bakı Metropolitenində abunə, limitsiz və çoxgedişli gediş paketlərinin tətbiqi nəzərdə tutulmur. Avtosfer.az xəbər verir ki, bu barədə modern.az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
"Lakin bu istiqamətdə araşdırmalar aparılır və gələcək tətbiq üçün əsas tələblər müəyyən edilir. Tarif siyasəti ilə bağlı olaraq paketlərin qiymətləri və istifadə qaydalarının səlahiyyətli qurum tərəfindən təsdiqlənməsı, eyni zamanda sərnişinlərin şəxsi məlumatlarının qorunması, həmçinin təhlükəsizlik və əməliyyat baxımından kartlarla bağlı mümkün qanunsuzluqların qarşısının alınması, pilot layihənin həyata keçirilməsi və sərnişinlər arasında məlumatlandırma işlərinin aparılması vacibdir".
Qurumdan verilən məlumatda qeyd olunub ki, həmçinin texniki baxımdan turniket və oxuyucuların yenilənməsi və ya proqram təminatının təkmilləşdirilməsi tələb olunur:
"Bu sistemlər vaxt əsaslı abunələri (həftəlik, aylıq, illik) tanımalı, limitsiz istifadəni düzgün tətbiq etməli və çoxgedişli paketlərdə gediş sayını avtomatik olaraq azaltmalıdır. Bundan əlavə, abunələrin avtomatik aktivləşdirilməsi və illik limitsiz kartlar üçün fərdi identifikasiya kimi funksiyalar da təmin edilməlidir. Gələcəkdə tarif siyasətində dəyişikliklərin və yeni ödəniş modellərinin tətbiqi üçün sistem çevik olmalı, açıq standartlardan istifadə edilməli və hesab əsaslı bilet sisteminə keçid nəzərdən keçirilməlidir. Eyni zamanda ödəniş üsullarının daha ədalətli və səmərəli tarif mexanizminin formalaşdırılmasına, sərnişin rahatlığının artırılmasına və sərnişin axınının daha düzgün idarə olunmasına xidmət etməsi prioritet vəzifələrdəndir", - deyə rəsmi məlumatda vurğulanıb.
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı












