Milli cizgi filmləri uşaqlar üçün niyə önəmlidir? - Psixoloqdan AÇIQLAMA

Uşaqlıq dövrü insan şəxsiyyətinin, emosional dünyasının və sosial davranışlarının əsasının qoyulduğu ən həssas mərhələdir. Bu dövrdə uşaqlar ətraf aləmi daha çox vizual obrazlar, hekayələr və qəhrəmanlar vasitəsilə tanıyır, gördüklərini davranış modelinə çevirirlər. Məhz buna görə animasiya və cizgi filmləri sadəcə əyləncə vasitəsi deyil, uşağın dünyagörüşünü, dəyərlər sistemini və özünüifadə formasını formalaşdıran mühüm amillərdən biridir. Artıq müşahidə edirik ki, uşaqlar bizim ənənəvi cizgi filmlərinə maraq göstərmək əvəzinə, xarici kontektli, qısa və çox rəngli animasiyalara baxmağa maraq göstərirlər. Bu da zamanla bu sahənin tədricən arxa plana keçməsinə, uşaqların milli obraz və dəyərlərlə emosional bağ qurmaq imkanlarının zəifləməsinə gətirib çıxarır. Nəticədə yerli animasiya nümunələrinin azalması uşaqların psixoloji və sosial inkişafına necə təsir göstərdiyi sualını aktuallaşdırır və bu mövzuya daha diqqətlə yanaşmağı zəruri edir.

Bununla bağlı psixoloq Orxan Şəfizadə Avtosfer.az-a bildirib ki, cizgi filmləri və animasiyalar uşağın davranış modelinin, emosional reaksiyalarının və dəyərlər sisteminin formalaşmasında mühüm rol oynayır:
“Uşaqlar dünyanı ilk illərdə əsasən vizual obrazlar, hekayələr və qəhrəmanlar vasitəsilə dərk edirlər. Bu baxımdan yerli animasiyanın azalması uşağın daxili dünyasında görünməyən, lakin dərin izlər buraxa bilən boşluqlar yaradır.
Yerli animasiyalar uşağa öz mühitini, dilini, ailə münasibətlərini və gündəlik həyat tərzini tanıdır. Bu cür məzmunlar vasitəsilə uşaq özünü yaşadığı cəmiyyətin bir parçası kimi hiss edir və təhlükəsizlik, aidiyyət duyğusu formalaşır. Yerli obrazlar azaldıqca uşaq ekranda özünə bənzər qəhrəman tapmır, nəticədə psixoloji məsafə yaranır və bu da özünüifadə və özünə inam problemlərinə yol aça bilər. Xarici animasiyalar isə çox zaman universal deyil, müəyyən mədəniyyətlərin dəyərlərini daşıyır. Bu animasiyalarda sürətli kadr dəyişməsi, yüksək səs effektləri və emosional ifratçılıq uşağın sinir sistemini həddindən artıq stimullaşdırır. Nəticədə diqqət dağınıqlığı, səbirsizlik, aqressiv davranış və emosiyaların idarə olunmasında çətinliklər müşahidə oluna bilər. Uşaq real həyatda qarşılaşmadığı davranış modellərini normal qəbul etməyə başlayır”.
Psixoloqun sözlərinə görə, milli obrazlardan uzaq böyüyən uşaqda ana dilində düşünmə və ifadə zəifləyə bilər:
“Dil yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda düşüncə strukturudur. Dilə marağın azalması uşağın emosiyalarını doğru ifadə etməsinə və sosial münasibətlər qurmasına mənfi təsir göstərir. Bununla yanaşı, milli dəyərlərlə emosional bağ qurulmaması uşaqda kimlik qarışıqlığı yarada bilər. Uzunmüddətli baxımdan bu boşluqlar uşağın dünyagörüşündə qeyri-sabitlik, dəyərlər sistemində ziddiyyətlər və aidiyyət problemi ilə nəticələnə bilər. Bu səbəbdən yerli animasiyanın inkişafı yalnız mədəni məsələ deyil, eyni zamanda uşaqların sağlam psixoloji inkişafı üçün vacib sosial və psixoloji ehtiyacdır”.
Nurcan Babək
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı












