Minlərlə şəxsə bildiriş göndərildi: Siyahıda bu sahələr də var

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən 6 mindən çox sahibkarlıq subyektinə qanunvericiliyin tələbləri əks olunmuş bildirişlər paylanılıb.
Avtosfer.az-ın məlumatına görə, bu barədə "Yeni Sabah"a Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, 2026-cı ilin yanvar-iyul aylarında ictimai iaşə, ticarət, yanacaqdoldurma məntəqələri, məişət və digər xidmət sahələrində fəaliyyət göstərən, həmçinin zərgərlik məmulatlarının satışı ilə məşğul olan sahibkarlıq subyektlərinə maarifləndirici bildirişlər təqdim edilib.
Bildirişlərin paylanılmasında əsas məqsəd sahibkarların qanunvericiliyin tələbləri barədə məlumatlılığını artırmaq, mümkün pozuntuların qabaqcadan qarşısını almaq və istehlakçı hüquqlarının daha effektiv müdafiəsini təmin etməkdir.
Bildiriş paylanılan sahibkarlıq subyektlərinin sahələr üzrə bölgüsü:
Ticarət sahəsi – 3254
İctimai iaşə sahəsi – 392
Zərgərlik məmulatlarının satışı – 1344
Məişət təyinatlı mürəkkəb texniki malların satışı – 324
Məişət və digər xidmət sahələri – 826
Yanacaqdoldurma məntəqələri – 8
Beləliklə, qeyd olunan dövrdə ümumilikdə 6148 sahibkarlıq subyektinə bildiriş paylanılıb.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












