Nə kondisionerdir, nə də ventilyator - Ucuz qiymətli sərinləndirici

Yay aylarında havaların kəskin istiləşməsi fonunda bir çox insan kondisionerə alternativ axtarır. Həm yüksək qiyməti, həm də hər evdə quraşdırılmasının mümkün olmaması səbəbindən mütəxəssislər daha sərfəli bir cihazı tövsiyə edirlər. Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, söhbət hava soyuducusundan gedir. Bu cihaz işləmə prinsipi baxımından ventilyator və kondisioner arasında yerləşir.
Suyun köməyi ilə sərin hava yaradır
Adi ventilyator otaqdakı isti havanı sadəcə dövr etdirir. Hava soyuducusu isə daxilindəki su çənindən istifadə edərək havanı müəyyən qədər soyudur. İstifadə zamanı cihazın rezervuarına soyuq su tökülür, bəzi modellərdə isə xüsusi soyuducu elementlərdən də istifadə etmək mümkündür. Hava nəm filtrlərdən keçərək sərinləyir və daha sonra ventilyator vasitəsilə otağa yayılır. Mütəxəssislərin sözlərinə görə, bu üsulla yaranan hava axını adi ventilyatorla müqayisədə daha sərin və rahat hiss olunur.
Kondisioneri tam əvəz etmir
Bununla belə, ekspertlər xəbərdarlıq edirlər ki, hava soyuducusu kondisioner qədər güclü soyutma qabiliyyətinə malik deyil. O, otağın ümumi temperaturunu nəzərəçarpacaq dərəcədə aşağı salmır. Lakin cihaz istifadəçinin olduğu zonada sərinlik hissi yaradaraq isti havanı daha rahat keçirməyə kömək edir. Bəzi modellər qış aylarında qızdırıcı kimi də işləyə bildiyi üçün ilboyu istifadə oluna bilir.
Ən böyük üstünlüyü qiymətidir
Hava soyuducusunun əsas üstünlüklərindən biri münasib qiymətidir. Portativ kondisionerlərlə müqayisədə bu cihazlar xeyli ucuz başa gəlir. Bundan başqa, onların quraşdırılmasına ehtiyac yoxdur, pəncərədən hava çıxışı üçün xüsusi boru tələb etmir və daha az elektrik enerjisi sərf edir. Mütəxəssislər bildirirlər ki, güclü soyutma gözləyənlər məyus ola bilərlər. Ancaq isti havalarda büdcəyə uyğun və qənaətcil həll axtaranlar üçün hava soyuducusu ən praktik variantlardan biri hesab olunur.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












