Niyə bazarda meyvə-tərəvəz marketdəkindən baha satılır? - SƏBƏB

Bildiyimiz kimi, qiymətlərin daha münasib olması səbəbindən bir çox insan meyvə-tərəvəzi bazarlardan almağa üstünlük verir. Lakin son zamanlar elə hallara rast gəlinir ki, bazarlardakı qiymətlər hətta marketlərdəki qiymətlərdən də baha olur.
Bəs bunun səbəbləri nələrdir?
Avtosfer.az-ın məlumatına görə, Redaktor.az-a mövzunu şərh edən iqtisadçı Xalid Kərimli bildirdi ki, indi məhsullar anbarlardan bazarlara daxil olur.
"Söhbət fevral-mart aylarından gedir. Hazırda bazarlara çıxarılan mallar əsasən anbarlardan, saxlanclardan və ya idxal vasitəsilə təmin olunur. Mağazalar və marketlər isə hər zaman bu məhsulları böyük topdansatış mərkəzlərindən əldə ediblər. Marketlər birbaşa fermerlərdən məhsul almır və ya kiminsə fərdi şəkildə yığdığı məhsulu qəbul etmir. Onlar əvvəlcədən topdansatış şirkətləri və tədarük məntəqələri ilə işləyirlər. Çünki marketlər üçün müqavilə öhdəliklərinin icrası vacibdir: ödənişlər köçürmə yolu ilə həyata keçirilir, müəyyən vaxt çərçivəsi tələb olunur və bəzən məhsul satıldıqdan sonra ödəniş bir ay sonra edilir. Bundan əlavə, stabil təchizat təmin olunmalıdır, yəni fasiləsiz məhsul axını vacibdir. Sertifikasiya da mühüm rol oynayır ki, alınan məhsullar müvafiq sənədlərlə rəsmiləşdirilsin. Bu baxımdan, marketlərin birbaşa fermerlərdən alış etməsi praktik deyil".
İqtisadçı əlavə etdi ki, bazarlarda isə vəziyyət fərqlidir:
"Kütləvi məhsul çıxarışı zamanı fermerlər öz məhsullarını birbaşa bazarlara çıxara bilirlər. Marketlərdə isə tədarük anbarları məhsulu fermerlərdən alaraq sonradan satış şəbəkələrinə təqdim edir. Mümkündür ki, stabil müqavilə münasibətlərinə görə marketlər bu məsələdə bazarlarla müqayisədə daha üstün mövqedə olsunlar. Bu, əsasən biznes modeli ilə bağlıdır. Xüsusilə iri market şəbəkələrinin tədarük anbarları ilə davamlı müqavilələri mövcuddur və onlar stabil şəkildə müəyyən həcmdə məhsul alırlar".
Müsahibimizin sözlərinə görə, yay mövsümündə məhsul yığımı dövründə tədarük anbarları məhsulları nisbətən baha təqdim edə bilərlər.
"Çünki onların da öz xərcləri və mənfəət marjası var: məhsulun toplanması, saxlanması və sonradan satış üçün gözlədilməsi əlavə resurs tələb edir. Eyni model bazarlara da aiddir. Hazırda bazarlarda da kütləvi yerli məhsul mövcud deyil və satıcılar topdansatış məntəqələrindən alış etməyə məcbur qalırlar. Onlar az həcmdə alış etdikləri halda, marketlər daha böyük və davamlı sifarişlər verdiklərinə görə tədarükçülər tərəfindən daha əlverişli şərtlərlə təmin oluna bilirlər. Dəqiq mexanizmi müəyyən etmək üçün isə bazarda ayrıca analiz və araşdırma aparılması zəruridir", - deyə Xalid Kərimli bildirdi.
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA












