Niyə neft bəzən ucuzlaşır, bəzən isə bahalaşır? – Ekspertlər səbəbləri AÇIQLADI

Azərbaycan iqtisadiyyatında neft amili ölkənin büdcə, valyuta və sosial xərclərinin formalaşmasında həlledici rol oynayır. Neftin qiymətindəki hər hansı dəyişiklik, xüsusən də ucuzlaşma, ölkənin iqtisadi sabitliyinə birbaşa təsir göstərir.
Avtosfer.az xəbər verir ki, Azərbaycan neftinin son günlərdə ucuzlaşdığı müşahidə olunub. Həmin neft dünya bazarlarında “Azeri Light” markalı neft kimi tanınır. Belə ki, bir barelin qiyməti 1.32 ABŞ dolları və ya 1.94% azalaraq 66.63 ABŞ dollarına düşüb. Əvvəlki qiyməti isə 67.95 ABŞ dolları təşkil edib.
Bu vəziyyətdə neftin niyə hər dəfə ucuzlaşıb və ya bahalaşması, həmçinin dalğalanmalar Azərbaycan iqtisadiyyatı üçün hansı riskləri yaratdığı məsələsi ortaya çıxır.

Bununla bağlı iqtisadçı Eyyub Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, gələcəkdə neft istehsalı üçün yeni yataqların kəşfi həyata keçirilməsə, bu getdikcə ölkə iqtisadiyyatına mənfi təsir göstərəcək:
"Hazırda dünyada gedən paradoksal proseslərdən biri neft qiymətlərinin ucuzlaşmasıdır. Bu, əsasən neftə olan tələbatın azalması, dünya iqtisadiyyatının inkişaf dinamikasının zəifləməsi və aparıcı neft istehsalçısı olan ölkələrin hasilatı artırması ilə bağlıdır. Baxmayaraq ki, hazırda dünyanın üç aparıcı neft ölkəsi olan Rusiya, Venesuela və İran embarqolar səbəbindən dünya bazarına neft məhsullarını tam şəkildə çıxara bilmirlər və neft qiymətləri ucuzlaşmaqda davam edir. Bu da onu göstərir ki, hazırda dünya üzrə neftə olan tələbat azalıb. Bunun bir neçə əsas səbəbi var. İlk növbədə, dünya ölkələrində enerji istehlakının azaldılması, alternativ və yaşıl enerjiyə keçidin sürətlənməsi, eləcə də bu sahənin istehsalda payının artması mühüm rol oynayır. Digər tərəfdən, dünya üzrə logistika və nəqliyyat daşımalarının azalması, sənaye sahəsində istehsalın zəifləməsi də neft qiymətlərinə mənfi təsir göstərir. Gələcəkdə mən optimist baxmıram neft qiymətlərinə, çünki bugün dünyada baş verən proseslər onu deməyə əsas verir ki, gələcəkdə Venesuela neftində bazara çıxması mümkündür. Ola bilər ki, digər neft ölkələrinin nefti bazara çıxsın və bu da qiymətlərinin daha da ucuzdaşmasına gətirib çıxarsın. Bu da əlbəttə bizim ölkəmiz üçün xoşa gələn ssenari deyil".

İqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, neftin qiymətinin aşağı düşməsi fonunda ölkəyə daxil olan valyutanın həcmi azala, ticarət dövriyyəsində mənfi dinamika yarana bilər:
"Neftin qiymətinin ucuzlaşmasını və ya bahalaşmasını gündəlik ölçmək düzgün deyil. Çünki gündəlik dəyişikliklər çox olur. Həftənin əvvəlində, ortasında və sonunda neftin qiyməti tez-tez dəyişə bilər. Əsas diqqət yetirilməli məqam uzunmüddətli trendlərdir. Aylıq, rüblük, altı aylıq və bir illik trendlər daha maraqlı və obyektiv göstəricilər hesab olunur. Bu baxımdan, 2026-cı ildə neftin qiymətinin ucuzlaşması ehtimalı kifayət qədər yüksəkdir. Hətta qiymətin 60 ABŞ dollarından da aşağı düşməsi ssenariləri mövcuddur. Bu səbəbdən Azərbaycan bu cür ssenarilərə əvvəlcədən hazır olmalıdır. Belə bir vəziyyətdə hökumət indidən hazırlıq görməli və bu çağırışlara cavab verə biləcək qərarlar qəbul etməlidir. Xüsusilə biznes mühitinin daha da liberallaşdırılması, qeyri-neft sektorunun inkişafı üçün tədbirlərin gücləndirilməsi və iqtisadi aktivliyin artırılması istiqamətində addımların atılması olduqca vacibdir".
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Nurcan Babək
Taksi sürücüsü sizi yarı yolda düşürə bilərmi? – AÇIQLAMA - VİDEO
Yardım adı altında kart və şəxsi məlumatlar ələ keçirilir - ƏHALİYƏ XƏBƏRDARLIQ - VİDEO
Sumqayıtda ağacları günün günorta çağı yoxa çıxartdılar - FOTO
“Sehrli qələm”dən istifadə edənlərin imtahan nəticələri ləğv edilə bilər – TƏHSİL EKSPERTİ
Bu il 23 min tələbə magistr adı qazanmaq uğrunda mübarizə aparacaq – EKSPERT
Azərbaycanda yeni trend: Qan və məzar torpağından hədiyyə nə məna verir? – Psixoloq İZAH ETDİ
Vaxtsız ölümlərin səbəbi COVİD peyvəndləri imiş — Alimlər təsdiqlədi
Bakıda yaşayış üçün riskli olan binalar - 1194-ü qeydiyyata alındı
Sevgini qan və məzar torpağı ilə sübut edirlər - Bakıda yeni təhlükəli dəb - VİDEO
Mayda ödənişlər tam həcmdə veriləcək - Mühüm dəyişiklik - VİDEO
"Ustalarda qalmışıq, pul çatdıra bilmirik, gənclər kəndi tərk edirlər" - Sakinlərin yol problemi - VİDEO











