Növbə mədəniyyətinin formalaşmasına qanun təsir edə bilmir – SOSİOLOQ

Hər səhər işə gedərkən demək olar ki, eyni mənzərə ilə qarşılaşırıq. Pik saatlarda ictimai nəqliyyatda və müxtəlif xidmət yerlərində böyük sıxlıq yaranır, basa-bas olur. Belə anlarda insanların növbə saxlamaması, bir-birininə hörmət etməməsi tez-tez mübahisə və dava-dalaşa səbəb olur. Tələskənlik və əsəbilik növbə mədəniyyətini arxa plana keçirir, nəticədə cəmiyyətdə gərginlik artır. Halbuki növbə mədəniyyəti sadəcə bir qayda deyil, qarşılıqlı hörmətin, anlayışın və ictimai nizamın göstəricisidir.

Məsələ ilə bağlı sosioloq Elçin Bayramlı Avtosfer.az-a bildirib ki, ölkədə növbə mədəniyyəti məsələsində ciddi problemlər var və bu, könüllü şəkildə tətbiq olunmur:
“Adətən dövlət orqanlarında, banklarda və s. bu kimi yerlərdə növbə sistemi tətbiq olunursa, klinikalarda isə yalnız məcburi hallarda buna rast gəlinir, qalan digər ictimai yerlərdə isə növbə mədəniyyətinə əməl olunmur. Bu, birbaşa insanların psixologiyası ilə bağlıdır. Bəzi yerlərdə bunu nizamlamaq heç bir qayda və qanunla mümkün deyil. Ancaq insanlar özləri bu məsələyə düzgün yanaşsa, növbə mədəniyyətini formalaşdırmaq mümkündür. Məsələn, növbəsiz girən şəxslərə, hər hansı növbəyə daxil olan insanlara irad bildirilməlidir. Ətrafdakı insanlar buna imkan verməməlidir, növbəsiz gələn şəxs görsün ki, ondan əvvəl adamlar var. Bu, avtobusa minərkən, metroya daxil olanda və ya mağazada da tətbiq olunmalıdır. Yəni, ətrafdakıların irad bildirməsi və ictimai qınaq vasitəsi ilə bu məsələ yoluna qoyula bilər. Çünki növbə mədəniyyəti normal insani münasibət və mədəniyyət tələb edir. Əgər heç kim irad bildirməzsə, insanlar özünü başqalarından üstün tutaraq qabağa atılır ki, bu qəbul olunmazdır. Onsuz da, bizim insanlar bir çox hallarda öz növbəsini başqalarına verirlər. Məsələn, avtobusa minərkən kişilər qadınlara imkan verir, qadınlar isə avtobusa tam mindikdən sonra daxil olurlar. Digər hallarda, məsələn, qocalara, xəstələrə, əlləri boş olmayan insanlara şərait yaradılır. Amma başqaları haqsız yerə digərlərinin qarşısına keçirsə, bu, qəbul olunmazdır və buna irad bildirilməlidir, ictimai qınaq göstərilməlidir. Yalnız bu yolla növbə mədəniyyətini formalaşdırmaq mümkündür. Harada ki, məcburiyyət yoxdur, könüllülük əsasındadır. Orada insanlar özləri bu mədəniyyəti yarada və inkişaf etdirə bilərlər. Əgər ictimai qınaq və irad sağlam şəkildə işləsə, heç kim növbə qaydalarını pozmağa cürət etməz, çünki bilir ki, ətrafdakı insanlar buna imkan verməyəcək. Yalnız bu halda növbə mədəniyyətini qorumaq mümkündür. Başqa üsulla isə bu çətin olar”.
Nurcan Babək
Prezidentdən pensiyalarla bağlı ŞAD XƏBƏR
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ












