Növbəti köç karvanı Cəbrayıl rayonunun Horovlu kəndinə çatdı - YENİLƏNİB

Ağdərənin Çıldıran, Aşağı Oratağ, Heyvalı, Çapar və Həsənriz kəndlərinə yeni köçürülən ailələrə mənzillərin açarları təqdim edilib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, açarların təqdim edilməsi mərasimində Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları iştirak ediblər.
***14:03
Cəbrayıl rayonunun Horovlu kəndinə daha 131 nəfər köçürülüb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu mərhələdə Horovlu kəndinə 131 nəfərdən ibarət 30 ailənin qayıdışı təmin olunub.
***13:26
"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç prosesi gerçəkləşib, yola salınan ailələr öz yurdlarına qovuşublar.
Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu gün Xocavənd kəndi 11 ailə olmaqla, 36 nəfərə qucaq açıb.
***
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Avtosfer.az xəbər verir ki, Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar, Xocavənd rayonunun Xocavənd, həmçinin Cəbrayıl rayonunun Horovlu kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Ağdərə rayonunun Çıldıran kəndinə 3 ailə - 13 nəfər, Aşağı Oratağ kəndinə 21 ailə - 108 nəfər, Heyvalı kəndinə 7 ailə - 34 nəfər, Çapar kəndinə 4 ailə - 17 nəfər , Həsənriz kəndinə 6 ailə - 29 nəfər, Xocavənd rayonunun Xocavənd kəndinə 11 ailə - 36 nəfər, həmçinin Cəbrayıl rayonunun Horovlu kəndinə 30 ailə - 131 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Dostlarla əyləncə faciəyə çevrilir - Dənizdə vəfat riskini artıran vərdiş
Azərbaycanda bu peşələrdə maaş 10 minə çatır
Peşə təhsili alanlara hərbi xidmətdən möhlət veriləcək? - RƏSMİ
Avtobus yük maşınına çırpıldı: Zərəri hansı sığorta ödəyəcək?
Əli Əsədov qaz təchizatı ilə bağlı qərar imzaladı
Hər gedib-gəldikcə böyrək daşım silkələnir - Müğənni üsyan etdi - VİDEO
Toy xərclərini yarıya endirməyin yolları - Məclisdən əvvəl bunları edin
Çimərliklər su altında qaldı: Xəzərin səviyyəsi qalxdı? - VİDEO
Mobil nömrəyə çox pul verənlər nə düşünür? - Ekspert açıqladı
Təhlükəli hava şəraitində vətəndaşlar azyaşlılarla birgə dənizdə çimirlər - VİDEO
Çimərliklərdə qiymət özbaşınalığı - Kim nəzarət etməli?










