Növbəti köç karvanı Şükürbəyliyə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB

Xocalının beş kəndinə köç baş tutub.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Xanabad kəndinə 10 ailə (31 nəfər), Təzəbinə kəndinə 9 ailə (39 nəfər), Badara kəndinə 6 ailə (24 nəfər), Daşbulaq kəndinə 2 ailə (7 nəfər), Seyidbəyli kəndinə 1 ailə (5 nəfər) köçürülüb.
Sakinlərə evlərinin açarları təqdim olunub.
***14:06
Ağdərə rayonunun Həsənriz, Kolatağ, Aşağı Oratağ, Vəngli kəndlərinə növbəti köç karvanı çatıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu mərhələdə 96 nəfər doğma yurduna qovuşub.
Belə ki, Aşağı Oratağ kəndinə 10 ailə, 34 nəfər, Vəngli kəndinə 6 ailə, 26 nəfər, Həsənriz kəndinə 6 ailə, 17 nəfər, Kolatağ kəndinə 3 ailə, 19 nəfər yola salınıb.
***
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə yola salınan köç karvanı ünvana çatıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu mərhələdə 12 ailə doğma yurduna qovuşub.
Daha sonra ailələrə mənzillərin açarları təqdim olunub.
Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
***09:16
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Avtosfer.az xəbər verir ki, bu mərhələdə Xocalı rayonunun Xanabad kəndinə 10 ailə - 31 nəfər, Təzəbinə kəndinə 9 ailə - 39 nəfər, Badara kəndinə 6 ailə - 24 nəfər, Daşbulaq kəndinə 2 ailə - 7 nəfər, Seyidbəyli kəndinə 1 ailə - 5 nəfər, Ağdərə rayonunun Aşağı Oratağ kəndinə 10 ailə - 34 nəfər, Vəngli kəndinə 6 ailə - 26 nəfər, Həsənriz kəndinə 6 ailə - 17 nəfər, Kolatağ kəndinə 3 ailə - 19 nəfər, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə isə 12 ailə - 55 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, doğma yurda köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












