Növbəti köç karvanı Xocalının kəndlərinə çatdı, açarlar təqdim olundu - FOTO - YENİLƏNİB

Xocalı rayonunun Təzəbinə və Ballıca kəndlərinə növbəti köç olub.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu mərhələdə Təzəbinə kəndinə 17 ailə (72 nəfər), Ballıca kəndinə 13 ailə (51 nəfər) qayıdıb. Sakinlərə mənzillərin açarları təqdim edilib.
Mərasimlərdə çıxış edən Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, hər iki kənddə müasir infrastruktur qurulub, sakinlərin rahat yaşayışı, sosial rifahı və məşğulluğunun təmin edilməsi dövlətin əsas prioritet istiqamətlərindəndir. S.Qəhrəmanov vurğulayıb ki, kəndlərdə bərpa-quruculuq işləri planlı şəkildə aparılır, müasir yaşayış evləri, məktəb, sosial obyektlər, mühəndis-kommunikasiya xətləri və yeni yollar istifadəyə verilib.
***
Köç karvanı Xocalı rayonunun Təzəbinə kəndinə çatıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Xocalı rayonunun Təzəbinə kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
***
İşğaldan azad edilmiş ərazilərə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Böyük Qayıdış davam edir.
Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, oktyabrın 28-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanları Ağdamdan Xocalının Ballıca, Təzəbinə və Badara kəndlərinə yola salınıb.
Bu mərhələdə Ballıca kəndinə 13 ailə - 51 nəfər, Təzəbinə kəndinə 17 ailə - 72 nəfər, Badara kəndinə isə 17 ailə - 62 nəfər köçürülür.
Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 50 mindən çox insan yaşayır.

Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı












