Onlayn kredit alanların diqqətinə: Yeni qaydalar qüvvəyə minir

Yeni mexanizmlər kiberdələduzluq risklərini azaldacaq və banklara olan etimadı artıracaq.
Avtosfer.az xəbər verir ki, Mərkəzi Bankın məsafədən kreditləşmə qaydalarına etdiyi dəyişiklikləri bank eksperti Emin Kərimov Ajans.az-a şərh edib.
Emin Kərimov bildirib ki, vətəndaşların onlayn kredit götürülməsinə könüllü məhdudiyyət qoya bilməsi mühüm və vaxtında atılmış addımdır:
“Bu mexanizm vətəndaşlara onlayn kredit imkanını istədikləri vaxt bloklamaq, ehtiyac yarandıqda isə yenidən aktivləşdirmək imkanı verəcək. Beləliklə, onlayn kredit idarəçiliyi vətəndaşın öz ixtiyarına keçir. Bu da kiberdələduzluq nəticəsində şəxsin xəbəri olmadan onun adına kredit götürülməsi riskini əhəmiyyətli dərəcədə azaldacaq. Bankların yeni tələbləri tətbiq etməkdə texniki çətinliklə üzləşməsi gözlənilmir. Bu sistemin əsas infrastrukturu artıq mövcuddur. Dəyişiklik ondan ibarətdir ki, idarəetmə imkanları daha çox vətəndaşın özünə verilir.”
E.Kərimov məsafədən verilən kreditlər üzrə tətbiq ediləcək 2 saat və 24 saat gözləmə müddətlərinin də müsbət nəticə verəcəyini vurğulayıb:
“Bu müddət vətəndaşların tələsik qərar verməsinin qarşısını alacaq, həmçinin şəxsin adına onun xəbəri olmadan kredit rəsmiləşdirilməsi cəhdləri zamanı vaxtında reaksiya verməsinə şərait yaradacaq. Şəxs müraciət barədə məlumat alacaq, vəziyyəti qiymətləndirəcək və zərurət yaranarsa, prosesi dayandıra biləcək. Bu, həm hüquqların qorunmasına, həm də onlayn kreditlərin daha təhlükəsiz olmasına xidmət edən mühüm addımdır.”
Ekspert bildirib ki, yeni qaydalar həm banklar, həm də müştərilər üçün müsbət nəticələr vəd edir. Onun sözlərinə görə, kiberdələduzluq hallarının azalması bankların reputasiya riskini də aşağı salacaq. Müştərilər isə rəqəmsal kredit xidmətlərindən daha təhlükəsiz və inamlı şəkildə istifadə edə biləcəklər:
“Hazırkı mərhələdə nəzərdə tutulan tədbirlər kifayət qədər əhatəlidir. Bununla belə, sistem istifadəyə verildikdən sonra yarana biləcək boşluqlardan asılı olaraq əlavə mexanizmlərin tətbiqinə ehtiyac yarana bilər. Heç bir sistem ilk gündən ideal olmur. İstifadə zamanı müəyyən çatışmazlıqlar üzə çıxarsa, onların aradan qaldırılması üçün yeni mexanizmlər tətbiq edilə bilər.”
Ekspert vətəndaşlara kiber təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edib:
“Saxta linklərə daxil olmamaq, sosial şəbəkələrdə edilən şübhəli kredit təkliflərinə etibar etməmək, Mərkəzi Bankın təhlükəsizlik tövsiyələri ilə tanış olmaq və şübhəli hallarla rastlaşdıqda dərhal banka və aidiyyəti qurumlara müraciət etmək maliyyə dələduzluğundan qorunmaq üçün əsas şərtlərdəndir.”
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?











