Paytaxtın bu qəsəbələrində ev və torpaqlar bahalaşa bilər: Səbəb AÇIQLANDI - VİDEO

Bakıətrafı qəsəbələrdə dəmir yolu infrastrukturunun genişləndirilməsi nəqliyyat imkanları ilə yanaşı, daşınmaz əmlak bazarına da təsir göstərə bilər. 2025-2030-cu illəri əhatə edən Dövlət Proqramında nəzərdə tutulan layihələrin reallaşması həmin ərazilərdə torpaq və mənzillərə tələbatı artıra bilər.
Avtosfer.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, Zabrat, Maştağa, Bakıxanov, Binə, Qala, Yeni Suraxanı, Hövsan, Güzdək və Qaradağ istiqamətlərində dəmiryol nəqliyyatının inkişaf etdirilməsi planlaşdırılır.
Proqram çərçivəsində 2030-cu ilədək sözügedən istiqamətlərdə sürət qatarlarının hərəkəti üçün yeni dəmir yolu xətlərinin yaradılması nəzərdə tutulub. Ayrı-ayrı ərazilərdə bununla bağlı işlərə artıq başlanıldığı bildirilir.
Mütəxəssislərin fikrincə, dəmir yolu stansiyalarının istifadəyə verilməsi həmin ərazilərin nəqliyyat baxımından əlçatanlığını artıraraq daşınmaz əmlaka marağı yüksəldə bilər. Xüsusilə stansiyalara yaxın ərazilərdə torpaq və evlərə tələbatın artması qiymətlərə də təsir göstərə bilər.
Ekspert Elnur Fərzəliyev bildirib ki, nəqliyyat infrastrukturunun yaxşılaşması əmlak bazarında qiymət dəyişikliklərinə səbəb ola bilər. Onun sözlərinə görə, şəhər mərkəzindən nisbətən uzaqda yerləşən qəsəbələrdə dəmir yolu əlaqəsinin yaradılması həmin ərazilərin alıcılar üçün cəlbediciliyini artıra bilər.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












