Pensiya üçün uşaqlıqdan pul yığılacaq: Bizdə də ola bilər – Məbləğ

Almaniyada uşaqların gələcək pensiya təminatı üçün yeni sistem yaradılır. Ölkədə 6 yaşından 18 yaşınadək uşaqların adına hər ay 10 avro (təxminən 20 manat) yığılması nəzərdə tutulur. “Frühstartrente” adlanan proqram çərçivəsində dövlətin ayıracağı vəsait maliyyə bazarlarına yatırılacaq və pensiya yaşınadək artırılmağa çalışılacaq. Proqramın 2027-ci ilin yanvarında başlaması planlaşdırılır. Almaniyanın bu addımı əhalinin yaşlanması və gələcəkdə pensiya sisteminin üzləşə biləcəyi çətinliklər fonunda uzunmüddətli maliyyə təminatına yönəlmiş tədbir kimi qiymətləndirilir.
Azərbaycanda da uşaqlar üçün oxşar pensiya yığım sisteminin yaradılması mümkündürmü?
Avtosfer.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, əslində, bu, maraqlı yanaşma və qaydadır:
“Düzdür, məbləğ o qədər də böyük deyil, 6 yaşından 18 yaşınadək hər ay 10 avro yatırıldıqda, ümumilikdə 12 il ərzində 1440 avro (təxminən 2900 manat) toplanır. Lakin burada əsas məqam yanaşmanın özüdür. Almaniya kimi ölkələr anlayırlar ki, 20-30 ildən sonra təqaüdçülərlə bağlı problemlər yaşana bilər. Çünki doğuş sayı azalır, yaşlı insanların sayı artır, işləyənlərin sayı isə azalır. Nəticədə təqaüd fonduna toplanan vəsaitlərin həcmi də kəskin şəkildə azalır. Buna görə də indidən hazırlıq görürlər”.
İqtisadçı bildirib ki, eyni problem Azərbaycanda da müşahidə olunur:
“Hələ ki bizdə vəziyyət o qədər də kəskin deyil, amma doğuş sayı azalır, yaşlı insanların sayı artır və gənc nəslin sayının azalması gələcəkdə təqaüd fondu ilə bağlı müəyyən problemlər yarada bilər. Buna görə də yarana biləcək problemləri indidən müəyyənləşdirmək, vaxtında qabaqlayıcı tədbirlər görmək və müvafiq addımlar atmaq çox vacibdir”.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












