Prezidentin köməkçisi müjdəni verdi: 5 milyard ayrılır

"Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində aqrar sahəyə 5 milyard manatdan çox investisiyanın cəlb olunması planlaşdırılır.
Avtosfer.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev Abşeron-Xızı və Quba-Xaçmaz iqtisadi rayonları üzrə təşkil edilmiş müşavirədə çıxışı zamanı bildirib.
Z.Nağdəliyevin sözlərinə görə, proqramın reallaşdırılması məqsədilə dövlət büdcəsindən 2 milyard manatdan çox, özəl sektorun hesabına isə təqribən 3 milyard manatdan çox maliyyə vəsaiti səfərbər ediləcək:
"Proqramın müvəffəqiyyətlə icra olunması üçün mərkəzi və yerli icra hakimiyyəti qurumlarının əlaqəli fəaliyyəti ilə bərabər, özəl sektorun investisiya və idarəetmə potensialından da səmərəli şəkildə yararlanılacaq. Qarşıdakı dörd il yarım müddətində proqramda əks olunan tədbirlərin təcili surətdə icrasına başlanılmalıdır"./oxu24
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












